ŞAMAXININ MİLLƏT VƏKİLİ ELXAN SÜLEYMANOVUN İDEYA MÜƏLLİFİ OLDUĞU 2 KİTAB UĞUR QAZANIB
Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi İ Ümumrespublika “Kitab sənəti” müsabiqəsində birinci yerə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası ( www.avciya.az) tərəfindən hazırlanmış, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmiş “Bakı haqqında 20 etüd” (Bakı, 2011) kitabı layiq görüldü.
Bu kitab “Şərq-Qərb” Nəşriyyat Evinin mətbəəsində çap olunub.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) tərəfindən hazırlanmış “Tarixi Azərbaycan dövlətləri” (Bakı, 2012) kitabı isə müsabiqənin xüsusi diplomunu aldı.
Bu kitab “CBS Polygraphik Production” mətbəəsində çap olunub.
Hər iki kitabın ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur.