Şamaxının millət vəkili yeni saytını Şamaxıda təqdim edəcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 31 mart soyqırımı günü ərəfəsində Şamaxıya press-tur təşkil edir.

AZADİNFORM xəbər verir ki, press-tur zamanı Qobustan rayonu ərazisindəki şəhid türk zabitinin məzarı ziyarət ediləcək. İştirakçılar Şamaxı tarix-diyarşünaslıq muzeyinin ekspozisiyası ilə, 1918-ci ildə azərbaycanlıların kütləvi şəkildə öldürüldükləri yerlərlə, eləcə də bu müdhiş faciənin qurbanlarının dəfn edildikləri yerlərdən biri ilə tanış olacaqlar.

Press-rur zamanı jurnalistlər Şamaxının millət vəkili Elxan Süleymanovun (elkhan-suleymanov.az) qərargahında yeni saytın təqdimat mərasiminə də qatıla biləcəklər.

28 martda, saat 8.00-da avtobus “Nizami” metro stansiyasının yaxınlığından yola düşəcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları