Şamaxının millət vəkili Elxan Süleymanovun müsahibəsi

Azərbaycan  dünya ictimaiyyətinin işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar məsələsinə Krımın Rusiya tərəfindən ilhaq edilməsinə yanaşdığı kimi yanaşmasını istəyir.

Fransanın Strasburq şəhərindən Azərbaycanın millət vəkili Elxan Süleymanov bunun nəyə görə bir ərazi bütövlüyü və beynəlxalq hüquq məsələsi olduğunu açıqlayır.  24 iyun 2014.

Azərbaycan Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə əlaqədar qətnamə layihəsi ilə çıxış etmişdir. Bu layihə barədə məlumat verə bilərsinizmi?

Bütün dünya qəbul edir ki, Ermənistan 23 ildən artıqdır ki, silhalı təcavüz yolu ilə Azərbaycanın torpaqlarını işğal etmişdir. Ukraynada baş verən son hadisələr və Krım məsələsi dünyanın aparıcı dövlətlərinin, Avropa Birliyi və BMT kimi beynəlxalq təşkilatların Azərbaycana qarşı ayrı-seçkliliyə və ikili standartlara yol verdiyini bir daha təsdiqləmiş oldu. Avropa Şurası və başqa beynəlxalq təşkilatlar buna dərhal reaksiya verərək Rusiyaya qarşı sanksiyalar tətbiq etdilər. Rusiya nümayəndə heyəti səsvermə hüququndan məhrum edilmiş, onların AŞPA-nın icra strukturlarınin işində iştirakına icazə verilməmişdir.

Bizdə də bütün bunların Azərbaycana qarşı da ədalətin bərpa ediləcəyinə imkan yaradacağı haqda fikir yarandı. Ona görə də, mənim müəllifliyimlə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların eynilə Ermənistana da tətbiqini tələb edən bir qətnamə layihəsini hazırlayaraq təqdim etdik. Layihə 14 müxtəlif ölkədən olan 58 millət vəkili tərəfindən imzalanmışdı. Lakin mən bu gün Avropa Şurasında şok bir vəziyyətlələ üzləşdim. Biz bütün prosedur normalarına riayət etməyimizə və qaydalara hörmətlə yanaşmağımıza baxmayaraq, Baş Katib Saviçki mənə açıq şəkildə bildirdi ki, mən layihəni yenidən işləməliyəm, çünki ermənilərə sanksiya tətbiq etmək olmaz. Buna görə də, mən bir Azərbaycan vətəndaşı kimi, bu qurumun, yəni Avropa Şurasının Azərbaycan üçün faydasız bir qurum olduğunu düşünürəm. Bu gün mən Ermənistanın işğalı haqda yeni bir layihə hazırlamağa və onu təqdim etməzdən öncə 16 ölkədən 26 millət vəkilinin imzasını almağa məcbur oldum. Mən bunu ümidimi tamamilə itirməmək üçün etdim. Çünki, mən öz ölkəmə xidmət etmək istəyirəm və vətəndaşlarımızın yanına pərt halqa qayıtmaq istəmirəm.

Siz Krımım Rusiya tərəfindən ilhaqına və beynəlxalq birliyin buna reaksiyasına toxundunuz. Yəni belə bir reaksiya Sizdə beynəlxalq dairələrin sərhəd əraziləri və qanunların aliliyinin əhəmiyyətini daha çox dərk edəcəyinə ümid yaradır?

Əlbəttə.

Dünən İrlandiyalı deputat Maknamara nümayəndələrin çoxunun tələsik zalı tərk etdiyi vaxt sürpriz bir layihə təqdim etmişdir. Azərbaycan tərəfi buna necə cavab verəcəkdir?

Maknamara və başqaları qanunlara hörmətsizlik etməklə iyrənc bir təxribat hazırlamışlar. Səsvermə səhər iclasının rəsmi başa çatma vaxtından dörd dəqiqə sonra yəni saat 1.04 dəqiqədə keçirilmişdir. Onlar Azərbaycan və Türkiyə nümayəndələrini Azərbaycan xarici işlər nazirinin şərəfinə verilən nahara dəvət etmişdilər. Madam Ənn Brəsö dəvətnaməni şəxsən Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova təqdim etmişdi. Bizim nümayəndə heyəti iclas zalını tərk edən kimi onlar Azərbaycan və Türkiyə nümayəndələrinin orada olmamasından istifadə etmişlər. Fürsətdən yararlanaraq layihəni təqdim etmişlər və layihə yalnız 5 səs çoxluğu ilə keçmişdir. Belə böyük qanunsuzluq və utandırıcı bir təxribatın yalnız bir məqsədi var. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının unutdurulması və Azərbaycana qarşı münasibətdə Ermənistana tərəfkeşlik etmək və burada insan hüquqlarını pozan bir hökumətin olması haqda dünyada səhv təəssürat yaratmaqdır.

Qanunsuz olaraq həbs edilmiş hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ var.

Bu il Azərbaycan Nazirlər Komitəsinə sədrliyi öz üzərində götürmüşdür. Bu müddət ərzində Azərbaycan hansı məsələləri önə çəkməyi planlaşdırır?

Azərbaycan demokratik bir ölkədir. Avropaya inteqrasiya olunur. Demokratik islahatlar keçirən açıq və şəffaf bir ölkədir. Ölkəni daha da yeniləşdirmək və inkişaf etdirmək prioritet sahələrdən biridir. Azərbaycanın Avropa Şurasına sədrlik etməsinin onun üçün heç bir xeyri yoxdur. Bu mənim şəxsi fikrimdir.

Krımın Rusiyaya ilhaq edilməsi dünyanın fikrini yenidən dondurulmuş münaqişələrin təhlükəsi və dünya birliyinin buna cavab verməsinin əhəmiyyətinə yönəltdi. Siz indi qeyd etdiniz ki, Azərbaycan Avropaya yaxından inteqrasiya olunmaq istəyir. Sizin fikrinizcə ölkəniz beynəlxalq təşkilatlar vasitəsilə Avropaya yaxınlaşmağa və münaqişələrin həllinə nail olmağa cəhd edirmi?

Mənim çox üzücü təcrübəmi və Avropa Şurasının Ermənistana qarşı sanksiya tətbiqinə çağıran və 20 gün öncədən rəsmi şəkildə Katibliyə göndərilən, Şuranın rəsmi vebsaytında yerləşdirilən və gündəliyinə salınan layihəmə mənfi münasibətini nəzərə alaraq, bizim sədrliyimiz dövründə Dağlıq Qarabağ münaqişəsinin həll ediləcəyinə necə ümidvar ola bilərik? Biz Avropa Şurasından yalnız təzyiqlər gözləyə bilərik və onlar təkcə iftira dolu və səhv təəssürat yaradan qətnamə layihələri qəbul edə bilərlər. Əslində BMT-nin, Avropa Şurasının və Avropa Parlamentinin çoxsaylı qətnamələrində Ermənistanın işğalı pislənilmiş və Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Onların heç bir faydası yoxdur, çünki yerinə yetirilmirlər.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları