Şamaxının millət vəkili Elxan Süleymanovun dəstəyi ilə rayonun Mərzəndiyə kəndinə su xətti çəkilir
Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonun Mərzəndiyə kəndinə sayca 7-cı olan içməli su xətti çəkilir. Kənd sakinlərinin müraciətlərini nəzərə alaraq, millət vəkili kəndin içməli su probleminin aradan qaldırılması məqsədilə kəndə 3600 metr məsafədən su xətti çəkdirir.
Xatırladaq ki, daha öncə, Elxan Süleymanovun dəstəyi ilə 1000 metr məsafədən Şəhriyar qəsəbəsinə, 1500 metr məsafədən Adnalı kəndinə, 3000 metr məsafədən Meysəri kəndinə, 3200 metr məsafədən Göylər kəndinə, 4000 metr məsafədən Çarhan kəndinə, 6200 metr məsafədən isə Bağırlı kəndinə plastik borularla su xətti çəkilərək sakinlərin istifadəsinə verilib.
Millət vəkilinin dəstəyi ilə ümumilikdə Şamaxının 17 yaşayış məntəqəsinə su xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.