Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi Milica Markoviçi qəbul edib

Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) mərkəzi ofisində AVCİYA Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi xanım Milica Markoviç və onu müşaiət edən şəxsləri qəbul etmişdir. Görüşdə Avropa Şurasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi Aiste Ramanauskaite, ekspert Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi Adnan Besiç, AVCİYA-nın I vitse prezidenti Vəli Əlibəyov, AVCİYA ekspertləri Samir İsayev, Ramiz Sevdimalıyev, Şahin Camalov və Məhərrəm Zülfüqarlı iştirak etmişlər.

 

Görüşdə işğal altında olan Sərsəng bəndinin yaradığı sosial fəlakət, ekoloyi böhran Yevlax, Bərdə, Tərtər, Ağdam, Göranboy və Ağcabədi rayonlarının su ilə təminatında mövcud olan acınacaqlı vəziyyət və s. məsələlər müzsakirə olunmuşdur.
Görüşün sonunda qonaqlara AVCİYA-nın Sərsəng layihəsi ilə bağlı nəşr etdiyi kitablar və digər sənədlər təqdim olunmuşdur.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları