Şamaxının millət vəkili Elxan Süleymanov şagirdləri təbrik etdi
Yeni dərs ilinin ilk günü Şamaxının millət vəkili Elxan Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, qərargahın bir qrup əməkdaşı ilə birgə, Şamaxı rayonunun Y.Məmmədəliyev adına qəsəbə, eləcə də Məlhəm, Əngəxaran, Avaxıl və Mərzəndiyyə kənd tam orta məktəblərinin tədbirlərində iştirak ediblər.
Onlar Elxan Süleymanovun adından birinciləri təbrik edib, onlara məktəb ləvazimatlarından ibarət hədiyyələrini çatdırıblar.
Tədris ilinin ilk günündə həm də Məlhəm kənd tam orta məktəbinin 2 qapısı və pilləkəni Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə təmir edilərək məktəblilərin istifadəsinə verilib.