Şamaxının millət vəkili 88 yaşlı alimi təbrik etdi

Şamaxının millət vəkili 88 yaşlı alimi təbrik etdiŞamaxının millət vəkil Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə hazırlanan Şamaxı Ensiklopediyası Elmi-Redaksiya Şurası Tarix bölməsinin toplantısı keçirilib. Millət vəkilinin qatıldığı toplantıda iqtisad elmləri namizədi, professor, tarix, bədii ədəbiyyat və jurnalistika sahəsində 110-dan artıq elmi-publisistik məqalənin və 9 kitabın müəllifi Babaxan Niyazlı, tarix elmləri doktoru, professor Kamil İbrahimov, tarix üzrə fəlsəfə doktorları Nailə Bayramova və Sevinc Qasımova, pedaqoji elmlər  üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ensiklopediyanın yaradıcı heyətinin üzvləri iştirak ediblər.

Şamaxının millət vəkili 88 yaşlı alimi təbrik etdi

Şamaxının
millət vəkil Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə hazırlanan
Şamaxı Ensiklopediyası Elmi-Redaksiya Şurası Tarix bölməsinin toplantısı
keçirilib. Millət vəkilinin qatıldığı toplantıda iqtisad elmləri
namizədi, professor, tarix, bədii ədəbiyyat və jurnalistika sahəsində
110-dan artıq elmi-publisistik məqalənin və 9 kitabın müəllifi Babaxan
Niyazlı, tarix elmləri doktoru, professor Kamil İbrahimov, tarix üzrə
fəlsəfə doktorları Nailə Bayramova və Sevinc Qasımova, pedaqoji elmlər
üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ensiklopediyanın yaradıcı
heyətinin üzvləri iştirak ediblər. Tədbirdə millət vəkili Elxan
Süleymanov çıxış edib.Şamaxının millət vəkili 88 yaşlı alimi təbrik etdi Bir
neçə gündən sonra 88-ci ad gününü qeyd edəcək Babaxan Niyazlını təbrik
edərək ona cansağlığı, gələcək elmi araşdırmalarında uğurlar arzulayıb. Babaxan
Niyazlı minnətdarlığını bildirib, Şamaxı ilə bağlı ensiklopediya
yaradılmasını çoxdan arzuladığını, layihənin gerçəkləşməsi üçün əlindən
gələn köməyi əsirgəməyəcəyini qeyd edib. Ensiklopediyanın yaradıcı
heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev
Şamaxı ensiklopediyasının elektron versiyası – www.
shamakhi-encyclopedia.az portalının cari işləri ilə bağlı məlumat verib.
Sonda Elxan Süleymanov Şamaxı ensiklopediyasının Elmi-Redaksiya
Şurasının üzvlərinə və yaradıcı heyətə tezliklə işıq üzü görəcək “Şamaxı
Ensiklopediyası” kitabı ilə bağlı tövsiyyələrini çatdırıb.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları