Şamaxının Böyük Vətən Müharibəsi əlil və iştirakçıları yad edildi
Şamaxının Millət vəkili Elxan Süleymanov qələbənin 68-ci il dönümü münasibətilə Böyük Vətən Müharibəsi əlil və iştirakçılarını təbrik edib. Millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev və qərargahın əməkdaşları Şamaxı rayonunda yaşayan 32 veteranı təbrik edərək, Millət vəkili adından qiymətli hədiyyələri onlara təqdim etmişdirlər. Veteranlar hər zaman onları əziz tutduğuna və hər zaman diqqət mərkəzində saxladığına görə Elxan Süleymanova minnətdarlıqlarını bildiriblər.