Şamaxının 113 yaşlı sakini dünyasını dəyişib

Şamaxının 113 yaşlı sakini Narınc ana dünyasını dəyişib. Bu barədə APA-ya Şamaxının millət vəkili Elxan Süleymanov məlumat verib.

Onun sözlərinə görə, 1900-cü ildə Şamaxının Avaxıl kəndində dünyaya gələn Narınc Müzəffər qızı Nərimanova  yalnız bir nəslin deyil, bütöv bir elin ağbirçəyi sayılırdı.

E.Süleymanov Narınc ananın vəfatı ilə bağlı bütün yaxınlarına, Avaxıl kəndinin sakinlərinə, eləcə də bütün şamaxılılara dərin hüznlə başsağlığı verib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları