Şamaxıda törədilən dəhşətli talan və vəhşiliklər…
Martın 29-da Şamaxıda “Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918 – ci il Şamaxı soyqırımı” mövzusunda elmi – praktik konfrans keçirildi. Konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyəti və AVCİYA-nın təşkilatçılığı ilə baş tutdu.
Öncə konfransda 31 mart soyqırımı və Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla anıldı. Sonra konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Şamaxı soyqırımı haqda danışdı. A.Ağayev qeyd etdi ki, 31 mart soyqırımı ermənilərin Azərbaycan xalıqına qarşı etdiyi birinci və axırıncı soyqırımı deyil: “Ermənilər müxtəlif vaxtlarda xaqlımıza qarşı qırğınlar törədiblər.
Martın 29-da Şamaxıda “Azərbaycanlılara qarşı erməni vandalizmi: 1918 – ci il Şamaxı soyqırımı” mövzusunda elmi – praktik konfrans keçirildi. Konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və Şamaxı Rayon İcra Hakimiyyəti və AVCİYA-nın təşkilatçılığı ilə baş tutdu.
Öncə konfransda 31 mart soyqırımı və Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla anıldı. Sonra konfransda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Şamaxı soyqırımı haqda danışdı. A.Ağayev qeyd etdi ki, 31 mart soyqırımı ermənilərin Azərbaycan xalıqına qarşı etdiyi birinci və axırıncı soyqırımı deyil: “Ermənilər müxtəlif vaxtlarda xaqlımıza qarşı qırğınlar törədiblər.1918-ci ilin mart aprel aylarında qədim Azərbaycan şəhəri Şamaxı dəhşətli talan və vəhşiliklərə məruz qalmışdır. Burada bədnam Lalayevin başçılıq etdiyi əsgərlər və Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. O dövrdə Şamaxının adlı – sanlı şəxsiyyətlərindən olan Hacıbaba Hacı Əli Abbas oğlu, Molla Cəfərqulu Axund, Hacı Abdul Qasımlı, Hacı Qəni Zeynal, Hacı İsrafil, Molla Hacı Məhyəddin Əfəndi, Abdul Xalıq Əhmət oğlu, onun qardaşı Ağa Əhməd və başqaları da qətlə yetirilənlər arasında idi. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi”.
İcra başçısı bildirdi ki, daşnakların Şamaxı qəzasında törətdiyi vəhşiliklərin həddi-hüdudu olmayıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının vitse-prezidenti Vəli Əlibəyli bildirdi ki, 1918-ci ildə Azərbaycanın Bakı, Quba, Qarabağ, Zəngəzur və digər ərazilərində olduğu kimi, erməni quldurları Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şamaxıda da dəhşətli talan və vəhşiliklər törədiblər: “Hadisə 1918 – ci il martın əvvələrində 400 erməninin ordudan Şamaxıya qayıtması ilə başlayıb. Daha sonra Bakı Soveti tərəfindən göndərilmiş 3 min silahlı erməninin köməyi ilə mart – aprel aylarında davam etdirilib”.
Konfransda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyasının üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı “Şamaxı soyqırımının tarixşünaslığı” mövzusunda məruzə ilə çıxış etdi. M.Zülfüqarlı dedi ki, Qafqaz-İslam ordusu Azərbaycan milli ordusu ilə birlikdə 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən küçələrdə qalan onlarla meyidi yığaraq basdırıblar: “Azərbaycanın dinc əhalisinə qarşı 1918 – ci ildə erməni quldurları soyqırım həyata keçirdiyi dövrdə cinayətələrin təşkilatçilarının Avropa ölkələrinə göndərdikləri yalan məlumatlar beynəlxalq ictimaiyyətin hadisələr haqqında obyektiv məlumatlar əldə etməsinə imkan vermirdi. Məhz buna görə Azərbaycan Xalq Cümhuriyyəti (28 may 1918 – 27 aprel 1920) Xarici İşlər Nazirliyi 15 iyul 1918 – ci il tarixdə hökümətə müraciət edərək – bütün zorakılık hallarının dəqiq qeydiyyatının aparılması, zorakılığın həayata keçirildiyi şəraitin öyrənilməsi, təqsirkarların və onların vurduğu ziyanın həcminin müəyyən edilməsi üçün bir qurumun yaradılmasının zəruriliyini qeyd etmişlər. Bu müraciətdən sonra Azərbaycan Хalq Cümhuriyyəti hökuməti tərəfindən 1918 – ci ilin avqustun 31-də yerli müsəlman əhaliyə qarşı törədilmiş cinayətləri tədqiq etmək üçün 7 nəfərdən, Ələkbər bəy Хasməmmədov (sədr) , İsmayıl bəy Şahmalıyev, Andrey Fomiç Novatski, Nəsrəddin bəy Səfikürdski, Nikolay Miхayloviç Miхaylov, V.V.Qubvillo və Mirzə Cavad Aхundzadədən ibarət Fövqəladə İstintaq Komissiyası yaradıldı. Komissiyanın Şamaxı şəhəri və ona qonşu olan kəndlərdə ermənilər tərəfindən törədilən soyqırım hadisələri haqqında topladığı 7 cild, 925 səhifədən ibarət araşdırma materialları ermənilərin cinayətlərinin ifşasında mühüm əhəmiyyət kəsb edir”.
Tarixçi-alim bildiri ki, soyqırımı nəticəsində Şamaxının kəndlərinə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339.5 milyon manat olub:
“Təhqiqat komissiyasının sənədlərindən aydın olur ki, təkcə Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olub”.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Minaxanım Əsədli isə “Şamaxının mədəniyyət abidələrinə qarşı erməni vəhşilikləri” mövzusunda məruzə etdi. O bildirdi ki, artıq 95 ildir ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələrindən ən dəhşətlisi olan 1918-ci ildə baş verən qətliyamlar xatırlanır: “Bu hadisələr zamanı Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd xarabalığa çevrilib, Şuşada görülməyən qırğınlar törədilib. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək azərbaycanlı, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın soydaşımız öldürülüb, məscidlər, məktəb binaları yandırılıb, mədəniyyət abidələri dağıdılıb. 1918-ci ildə ermənilər həmçinin mədəniyyət və tarixi abidələri vəhşicəsinə dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə yeksan edirdilər. Onlar Cümə məscidini, Təzəpir məscidini, İsmailiyyə binasını top atəşilə dağıtmışdılar”. O qeyd etdi ki, .əhərdə qalan azərbaycanlı əhali uşaqlar, qadınlar, qocalar da daxil olmaqla tamamilə məhv edilib: “Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi. Şəhərdə azərbaycanlıların bütün əmlakı qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Şəhərin bütün azərbaycanlı hissəsi oda qalanmışdı. Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsa azərbaycanlı evi salamat qalmayıb. Ermənilərin törətdikləri vəhşiliklərə baxmayaraq Şamxının qədim tarixi abidələrinin bir çoxu müasir dövrə qədər qorunub saxlanıb”.
Sonda konfrans iştirakçılarına AVCİYA-nın ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlarla bağlı hazırladığı kitablar və disklər paylanıldı.