Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə onuncu kəndə su çəkilib.

Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə onuncu kəndə su çəkilib.
İyulun
26-da Şamaxı rayonunun Dağ Bağırlı kəndində Şamaxının millət vəkili Elxan
Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə su çəkilməsi və Sabir bulağının
açılışı ilə əlaqədar təntənəli mərasim olub.

Mərasimdə millət vəkili Elxan
Süleymanov, Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım
Qasımov, rayon ictimaiyyətinin nümayəndələri və Dağ Bağırlı kəndinin sakinləri
iştirak ediblər. E.Süleymanov bu əlamətdar hadisə ilə bağlı kənd sakinlərini təbrik
edib və gələcəkdə də bu kimi tədbirlərin davam edəcəyini bildirib. Millət vəkilinin
təşəbbüsü ilə rayonda 5-ci ildir keçirilən “M.Ə.Sabir qiraəti günləri”nin
qalibləri böyük şairin şeirlərini söyləyiblər. Mərasimdə Aşıq Ağamurad Mərzəngəli
bədii proqramla çıxış edib. Daha sonra millət vəkili Dağ Bağırlı kəndinin gənc
sakinləri Tural və Günayın toy mərasimində iştirak edib.

Qeyd
edək ki, Şamaxının millət vəkilinin təşəbbüsü və dəstəyi ilə rayonun artıq
onuncu kəndinə su çəkilib və Sabir bulaqları inşa edilib.

Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə onuncu kəndə su çəkilib.
Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə onuncu kəndə su çəkilib.
İyulun 26-da Şamaxı rayonunun Dağ Bağırlı kəndində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə su çəkilməsi və Sabir bulağının açılışı ilə əlaqədar təntənəli mərasim olub.

Mərasimdə millət vəkili Elxan Süleymanov, Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, rayon ictimaiyyətinin nümayəndələri və Dağ Bağırlı kəndinin sakinləri iştirak ediblər. E.Süleymanov bu əlamətdar hadisə ilə bağlı kənd sakinlərini təbrik edib və gələcəkdə də bu kimi tədbirlərin davam edəcəyini bildirib. Millət vəkilinin təşəbbüsü ilə rayonda 5-ci ildir keçirilən “M.Ə.Sabir qiraəti günləri”nin qalibləri böyük şairin şeirlərini söyləyiblər. Mərasimdə Aşıq Ağamurad Mərzəngəli bədii proqramla çıxış edib. Daha sonra millət vəkili Dağ Bağırlı kəndinin gənc sakinləri Tural və Günayın toy mərasimində iştirak edib.

Qeyd edək ki, Şamaxının millət vəkilinin təşəbbüsü və dəstəyi ilə rayonun artıq onuncu kəndinə su çəkilib və Sabir bulaqları inşa edilib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları