Almaniyalı deputatlar Azərbaycana gəliblər
6 iyun 2012-ci il
Almaniya Bundestaqının üzvləri Azərbaycana gəliblər. Trend-in məlumatına görə, bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bildirib.
Nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin üzvləri Hörst Şnellhardt və Markus Ferber, Bundestaqın üzvləri Tankred Sçipanski, Thomas Bareib, Kristof Graber, Bundestaqın və AŞPA-nın sabiq üzvü Eduard Lintner, Almaniya Sənaye Nazirliyinin əməkdaşlarıı Tim Braukmüller və Dimos Qatidis daxildir.
Bundestaq üzvləri beş günlük səfər çərçivəsində Azərbaycanın Baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək, Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin həyat tərzi ilə tanış olacaqlar.
Almaniyalı deputatlar həmçinin sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşəcəklər.
Bundastaq üzvlərinin, həmçinin Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Şahin Camalovla birgə penitensiar müəssisələrdə olmaları, hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşləri nəzərdə tutulub.6 iyun 2012-ci il
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Avropa Parlamenti və Almaniya Bundestaqı üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
525.az-ın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin üzvləri Dr. Hörst Şnellhardt və Markus Ferber, Bundestaqın üzvləri Tankred Schipanski, Thomas Bareib, Christoph Graber, Bundestaqın və AŞPA-nın sabiq üzvü Eduard Lintner, Almaniya Sənaye Nazirliyinin əməkdaşları Tim Brauckmüller və Dimos Qatidis daxildir.
Qonaqlar səfər çərçivəsində Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək, Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin həyat tərzi ilə tanış olacaqlar. Almaniyalı deputatlar sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İsmət Abasovla görüşəcəklər.
Bundastaq üzvlərinin Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Şahin Camalovla birgə penitensiar müəssisələrə baç çəkmələri, hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşləri nəzərdə tutulub.