Almaniya Bundestaqının üzvləri Azərbaycanda səfərdədir

6 iyun 2012-ci il

Şamaxıdan olan millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Avropa Parlamenti və Almaniya Bundestaqı üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir. “Azadinform” xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin üzvləri Dr. Hörst Şnellhardt və Markus Ferber, Bundestaqın üzvləri Tankred Schipanski, Thomas Bareib, Christoph Graber, Bundestaqın və AŞPA-nın sabiq üzvü Eduard Lintner, Almaniya Sənaye Nazirliyinin əməkdaşları Tim Brauckmüller və Dimos Qatidis daxildir.

Qonaqlar səfər zamanı Azərbaycan Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək, Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin həyat tərzi ilə tanış olacaqlar. Almaniyalı deputatlar sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İsmət  Abbasovla görüşəcəklər.
Bundastaq üzvlərinin həmçinin, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Şahin Camalovla birgə penitensiar müəssisələrdə olmaları, hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşləri nəzərdə tutulub.

Qonaqlar həmçinin, səfər çərçivəsində Şamaxı rayonunda olacaqlar.
Səfər iyunun 10-da başa çatacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları