Almaniya Bundastaqının üzvləri Azərbaycanda səfərdədirlər

6 iyun 2012-ci il

Modern.az xəbər verir ki, Şamaxının millət vəkili, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri və AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təşəbbüsü və dəvəti ilə Avropa Parlamenti və Almaniya Bundestaqı üzvlərindən ibarət nümayəndə heyəti 5-10 iyun tarixlərində ölkəmizdə səfərdə olacaqlar.

Nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin üzvləri Dr. Hörst Şnellhardt və Markus Ferber, Bundestaqın üzvləri Tankred Schipanski, Thomas Bareib, Christoph Graber, Bundestaqın və AŞPA-nın sabiq üzvü Eduard Lintner, Almaniya Sənaye Nazirliyinin əməkdaşlarıı Tim Brauckmüller və Dimos Qatidis daxildir.

Qonaqlar səfər dövründə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək, Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin həyat tərzi ilə tanış olacaqlar. Almaniyalı deputatlar Sənaye və Energetika naziri Natiq Əliyev, Xarici İşlər Naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İqtisadi İnkişaf Naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı Naziri İsmət  Abbasovla görüşəcəklər.

Bundastaq üzvlərinin həmçinin, Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Şahin Camalovla birgə penitensiar müəssisələrdə olmaları, hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşləri nəzərdə tutulub.

Qonaqlar həmçinin, səfər çərçivəsində Şamaxı rayonunda olacaqlar.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları