Almaniya Bundastaqının üzvləri Azərbaycanda səfərdədir

6 iyun 2012-ci il

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun dəvəti əsasında Avropa Parlamenti və Almaniya Bundestaqı üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.

APA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibinə Avropa Parlamentinin üzvləri Hörst Şnellhardt və Markus Ferber, Bundestaqın üzvləri Tankred Schipanski, Thomas Bareib, Christoph Graber, Bundestaqın və AŞPA-nın sabiq üzvü Eduard Lintner, Almaniya Sənaye Nazirliyinin əməkdaşları Tim Brauckmüller və Dimos Qatidis daxildir.

Qonaqlar səfər dövründə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşəcək, Bakıdakı yataqxanalarda məskunlaşmış məcburi köçkünlərin həyat tərzi ilə tanış olacaqlar. Almaniyalı deputatlar sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri İsmət Abbasovla görüşəcəklər.

Bundastaq üzvlərinin Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü Şahin Camalovla birgə penitensiar müəssisələrdə olmaları, hüquq müdafiəçisi Eynulla Fətullayevlə görüşləri də nəzərdə tutulub.

İyunun 5-dən 10-dək davam edəcək səfər çərçivəsində qonaqlar Şamaxı rayonunda da olacaqlar.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları