Aİ-Azərbaycan münasibətlərində müsbət irəliləyiş müşahidə olunur – Avropa komissarı
3 aprel 2012-ci il
Son illər ərzində Aİ və Azərbaycan demək olar ki əməkdaşlığın bütün sahələrində, xüsusən, enerji sektorunda və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində müəyyən tərəqqiyə nail olublar. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.
Fülenin sözlərinə görə, Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələrindən biri insan hüquqları sahəsidir. “Azərbaycan insan hüquqları və demokratikləşmənin təmin edilməsi və bu öhdəliklərin yerinə yetirilməsi üzrə müəyyən öhdəliklər götürüb ki, biz də bunu nazir Məmmədyarovla müzakirə etmişik”, – o deyib.
3 aprel 2012-ci il
Son illər ərzində Aİ və Azərbaycan demək olar ki əməkdaşlığın bütün sahələrində, xüsusən, enerji sektorunda və “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində müəyyən tərəqqiyə nail olublar. Trend-in məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.
Fülenin sözlərinə görə, Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələrindən biri insan hüquqları sahəsidir.
“Azərbaycan insan hüquqları və demokratikləşmənin təmin edilməsi və bu öhdəliklərin yerinə yetirilməsi üzrə müəyyən öhdəliklər götürüb ki, biz də bunu nazir Məmmədyarovla müzakirə etmişik”, – o deyib.
Avropalı komissarın sözlərinə görə, hazırda assosiativ saziş üzrə iş davam edir, bundan başqa, modernləşdirmə prosesini nəzərdə tutan yeni sənəd hazırlanıb.
Füle onu da qeyd edib ki, o, Bakıda Suriya, İran və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Azərbaycan XİN rəhbərinin sözlərinə görə, görüşdə, həmçinin Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə təkliflərinə toxunulub.
Qeyd edək ki, assosiativ üzvlük üzrə danışıqlar ötən ilin iyulunda başlayıb.