Abbas Səhhətin “Vətən” adlı uşaq şeirlər kitabı işıq üzü görüb
Millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Abbas Səhhətin “Vətən” adlı uşaq şeirlər kitabı işıq üzü görüb.
AZADİNFORM xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun birgə layihəsi olan və nəfis tərtibatla çapdan çıxmış kitab Abbas Səhhətin anadan olmasının 140 illiyinə ithaf olunub. Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı 38 uşaq şeiri və Maksim Qorkidən etdiyi maraqlı bir tərcümə daxil edilib.
Şeirlərdə olan bəzi sözlərin uşaqlar tərəfindən başa düşülməsi üçün onların izahları da verilib. Kitabın tərtibçisi və ön sözün müəllifi şair, Söz Azadlığını Müdafiə Fondunun sədri Musa Yaqub, məsul redaktoru Fuad Babayev, rəssamı Nərmin Xankişiyevadır.
“Vətən” kitabı kiçik və orta yaşlı məktəblilər üçün nəzərdə tutulub.