“5 POLYAK MEMARIN 15 BAKI BİNASI” KİTAB-ALBOMU ÇIXDI

Kitabda 1893-1913-cü illərdə görkəmli polyak memarların – Yuzef Qoslavski, Kazimir Skureviç, Yevgeni Skibinski, Yuzef Ploşko və Konstantin Borisoqlebski tərəfindən yaradılmış gözəl Bakı binalarından söhbət açılır.
Layihə Elxan Süleymanovun rəhbərliyi ilə həyata keçirilib. Buraxılışa məsul Fuad Babayevdir. Kitab-albomda Elçin T.Əliyevin, Fərid Xayrullinin, Mirnaib Həsənoğlunun və Polad Əsədovun fotoları yer alıb.