Əsas səhifə › Siyasət Avropa Parlamentinin prezidentinə Ramil Səfərovla bağlı məktub ünvanlanıb
Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri, millət vəkili Elxan Süleymanov Avropa Parlamentinin (AP) prezidenti, siyasi qrup rəhbərləri, Avropa Parlamentinin üzvləri, Avronest Parlament Assambleyasının həmsədrlərinə Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı məktub ünvanlayıb.
Süleymanov cümə axşamı Trend-ə bildirib ki, məktubda Azərbaycanın qurumdakı nümayəndə heyətinin mövqeyi avropalı həmkarlarına çatdırılıb.
Millət vəkili vurğulayıb ki, Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya olunması və daha sonra əfv edilməsi Avropa Konvensiyası və beynəlxalq hüquq standartlarına tam uyğundur.
Millət vəkili məktubunda qeyd edib ki, Ermənistanın Ramil Səfərovla bağlı beynəlxalq aləmdə qaldırdığı bu müzakirə onların təcavüzlə işğal etdikləri ərazilərdə qanunsuz möhkəmlənməsi və bəynəlxalq təşkilatların (BMT, AŞPA, AP, ATƏT və s.) qeyd-şərtsiz zəbt olunmuş torpaqları işğaldan azad etməsi tələblərindən imtina etməsi məqsədi güdür.
“Təəssüflə qeyd edirik ki, Ramil Səfərovla bağlı müzakirə və azərbaycanlı mülki şəxslərin ermənilər tərəfindən davamlı qətlə yetirilməsi yuxarıda qeyd olunan beynəlxalq təşkilatların qərarlarının Ermənistan tərəfindən yerinə yetirilməməsinin nəticəsidir”, – məktubda qeyd olunur.