Əli Həsənov: “Azərbaycan mədəni, tolerant bir dövlətdir”
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbirdəki çıxışında deyib. O, Azərbaycanın həm də enerji mənbəyi və nəqliyyat yollarının kəsişdiyi məkan olduğunu deyib.“Azərbaycan həm də müsəlman Şərqinin ilk operasını yaradıb”, – deyə Ə. Həsənov vurğulayıb.