“2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirilib

_mg_2367

Dekabrın 23-də Bakıda, “Ambassador” otelində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə  “2085 (2016) saylı AŞPA qətnaməsi: praktikadan nəzəriyyəyə” mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransı giriş sözü ilə AVCİYA-nın eksperti Şahin Camalov açdı. AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov konfrans iştirakçılarını salamlayaraq qeyd etdi ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması AVCİYA-nın fəaliyyətinin ana xəttini təşkil edir. Bir neçə il öncə AVCİYA-nın Xocalı soyqırımı ilə bağlı keçirdiyi “Milyon imza – bir tələb” kampaniyası bu təşkilatın ən mühüm işlərindəndir. Bir neçə il öncə isə AVCİYA Sərsəng su anbarı ilə bağlı məsələni beynəlxalq  platformaya daşıdı. AVCİYA prezidenti, millət vəkili Elxan Süleymanovun böyük səyi nəticəsində problemlə bağlı qətnamə layihəsi hazırlandı və qəbul edildi. Qətnamədə lk dəfə olaraq Azərbaycan ərazilərinin işğalı faktı vurğulanır və bu, diplomatiyamızın ən böyük uğurlarındandır.  

Hüquq elmləri doktoru, professor Əmir Əliyev konfransı çox vacib bir problemə həsr olunduğunu vurğuladı. Natiq qeyd etdi ki, Ermənistanın işğalı ilə əlaqədar yaranmış problemlər daim beynəlxalq səviyyədə qaldırılmalıdır. Ə.Əliyev xüsusilə Ermənistanın təcavüzü nəticəsində insan hüquqlarının pozulması məsələsinin qabardılmasının gərəkliliyini bildirdi. Professor bunu beynəlxalq təşkilatların nəzarət mexanizminin mövcudluğu ilə əsaslandırdı. Əmir Əliyev bildirdi: “Qəbul edilən qətnamələrin kağız üzərində qalmamasına, onların icrasına çalışmalıyıq. 2085 saylı qətnamədə bir çox vacib məsələlərə – o cümlədən də ekoloji təcavüz məsələsinə toxunulub. Ona görə də hesab edirəm ki, millət vəkili Elxan Süleymanovun səyi ilə qəbul edilən bu qətnamə müstəsna əhəmiyyət kəsb edir”.

Hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov bildirdi ki, su problemləri ilə bağlı münaqişələr dünya üçün tanışdır. Lakin su hövzəsinin işğalı və 7 rayonun susuz qoyulması və üstəlik beynəlxalq birliyə meydan oxunulması müstəsna hadisədir. R.Məmmədov qeyd etdi ki, problemin beynəlxalq hüquqa müraciət edilmədən həlli mümkünsüzdür. 2085 saylı qətnamənin qəbulunu böyük uğur sayan Rüstəm Məmmədov 7 rayonun susz qalmasına yol verməmək lazım olduğunu söylədi.

Hüquq elmləri doktoru Fazil Zeynalov vurğuladı ki, müzakirə edilən problemlə bağlı beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Ona görə də o, Prezident İlham Əliyevin söylədiyi kimi, hücum diplomatiyasının davam etdirilməsinin zəruriliyini bildirdi. Azərbaycan ərazilərinin işğalına ilk reaksiya verən təşkilatın ATƏT olduğunu, lakin bu təşkilatın münaqişəyə yanaçmasının yanlış olduğunu qeyd etdi. Yalnız ulu öndər Heydər Əliyevin səyi ilə münaqişənin həlli ilə bağlı prinsiplər təşkilatın rəsmi sənədlərində qeyd olunub. F.Zeynalov söylədi ki, BMT-nin bu hadisələrlə bağlı 2006, 2008-ci illərdə qəbul edilən qətnamələri, AŞPA-nın isə 2005 və 2016-cı illərdəki qətnamələri Azərbaycanın böyük uğurlarıdır.

Siyasi elmlər doktoru Ramiz Sevdimalıyev bildirdi ki, işğal altında bu qədər starateji obyektlərimiz olduğu halda niyə məhz Sərsəng su anbarı ilə bağlı məsələnin qabardıldığına dair konfrans iştirakçılarında sual yarana bilər. Natiq qeyd etdi ki, bu, Sərsəng su anbarının Azərbaycan ərazisində tikilmiş ən böyük ikinci su anbarı olması və 1976-cı ildən bəri heç bir əsaslı təmir işləri aparılmadığından qəzalı vəziyyətdə olması ilə bağlıdır. R.Sevdimalıyev nəzərə çatdırdı ki, su anbarında qəza baş verəcəyi təqdirdə humanitar və ekoloji böhran qaçılmaz olacaq. 2016-cı ildə AŞPA-nın Azərbaycanın sərhədyanı rayonlarının qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnaməsinin əhəmiyyətini qeyd edən R.Sevdimalıyev, BMT və digər Avropa təşkilatlarının qəbul etdiyi sənədlərdən fərqli olaraq Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğalı faktının göstərilməsinin vacibliyini qabardıb.

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində beynəlxalq hüququn tələbləri pozulub. Müharibə dövründə ətraf mühitin qorunmasını tələb edən beynəlxalq konvensiyaların mövcudluğuna rəğmən, Ermənistan bu sənədlərə riayət etmir.

Konfransda hüquq üzrə fəlsəfə doktoru Samirə Eyvazova, silahlı münaqişələr zamanı su ehtiyatından istifadənin beynəlxalq hüquqi problemləri, hüquq üzrə fəlsəfə doktoru Turqay Hüseynov silahlı münaqişələr və sağlam ətraf mühitdə yaşamaq hüququ: müasir baxış, hüquq üzrə fəlsəfə doktoru Azər Səfərov hərbi münaqişələr zamanı hidrotexniki qurğuların mühafizəsi problemi: Sərsəng su anbarı nümunəsində, BDU-nun müəllimi 2085 (2016) saylı AŞPA Qətnaməsi informasiya hüquqları və Azərbaycanın milli media hüququ kontekstində mövzularında çıxışlar etdilər.

Sonra məruzələr ətrafında müzakirələr oldu.

_mg_2410

_mg_2340

_mg_2346 _mg_2375

_mg_2392

_mg_2337

_mg_2351

_mg_2428

_mg_2400

_mg_2435

_mg_2469

_mg_2420

 

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu