Şamaxının yaşlı sakini, 113 yaşlı Narınc Nərimanova dünyasını dəyişib.

Trend-in məlumatına görə, 1900-cü ildə dünyaya gələn Narınc Müzəffər qızı Nərimanova həyatının son günlərinə kimi doğulduğu Avaxıl kəndinin xeyrində və şərində yaxından iştirak edirdi. Buna görə də yalnız bir nəslin deyil, bütöv bir elin ağbirçəyi sayılırdı.

Şamaxının millət vəkili Elxan Süleymanov qeyd edib ki, 2010-cu ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər zamanı onu daha yaxından tanımaq imkanı yaranıb: “Qısa bir müddət ərzində aramızda əsil ana-oğul ülfəti yarandı. Bu ülfət həyatım boyu mənimlə qalacaq. Narınc ananın vəfatı ilə bağlı bütün yaxınlarına, Avaxıl kəndinin sakinlərinə, eləcə də bütün şamaxılılara dərin hüznlə başsağlığı verirəm. ALLAH rəhmət eləsin!”.

 

 

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları