Şamaxıda Sabir günlərinə həsr olunmuş tədbir keçirilib

Elxan Süleymanov: “Ümumrespublika bədii qiraət müsabiqəsinə start verilib”

Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. SAMF sədri Musa Yaqub Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışıb, bu işdə vətəndaş cəmiyyəti təmsilçilərinin də xüsusi rolu olduğunu qeyd edib. O, həmçinin AVCIYA rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Əfzələdin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar kollecin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib. SAMF sədri deyib ki, hər iki qurumun təşkilatçılığı ilə Şamaxıda Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Martın 1-dən start götürən müsabiqə mayın 24-də başa çatıb. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr böyük həvəslə iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Şair Musa Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin ənənəvi olaraq keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Elxan Süleymanov: “Ümumrespublika bədii qiraət müsabiqəsinə start verilib”

Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. SAMF sədri Musa Yaqub Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışıb, bu işdə vətəndaş cəmiyyəti təmsilçilərinin də xüsusi rolu olduğunu qeyd edib. O, həmçinin AVCIYA rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Əfzələdin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar kollecin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib. SAMF sədri deyib ki, hər iki qurumun təşkilatçılığı ilə Şamaxıda Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Martın 1-dən start götürən müsabiqə mayın 24-də başa çatıb. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr böyük həvəslə iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Şair Musa Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin ənənəvi olaraq keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb. Sonra çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Əşrəf Şükürov tədbirin Şamaxı rayonunun ictimai həyatında xüsusi əhəmiyyətə malik olduğunu, şagird və tələbələrə yeni stimul verdiyini qeyd edib. Münsiflər heyətinin sədri, xalq artisti Tofiq İsmayılov müsabiqənin təşkili və münsiflər heyətinin fəaliyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər. Final turunda 61 nəfərin içtirak etdiyi müsabiqədə 10 nəfər qalib adını qazanıb. AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov qaliblərə uğurlar arzulayıb, onlara pul mükafatı, kitablar və diplomlar təqdim edib. Bununla yanaşı, 10 nəfər qalibin hər birinə bir il ərzində, Sabirin 150 illik yubileyinədək 50 manat olmaqla təqaüd veriləcəyini bildirib. E.Süleymanov sonda deyib ki, rəhbərlik etdiyi təşkilat Söz Azadlığını Müdafiə Fondu ilə birlikdə Sabir yaradıcılığına həsr olumuş ümumrespublika bədii qiraət müsabiqəsinə start verib. Artiq təşkilat komitəsi yaradılıb. Müsabiqənin yekun turu 2012-ci ilin mayında Şamaxıda olacaq.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları