M.Ə.Sabir şeirlərinin III bədii qiraət müsabiqəsi yekununlaşıb

 

Millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığıyla həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan III bədii qiraət müsabiqəsinə yekun vurulub.

“Azadinform”un məlumatına görə, Şamaxı Mədəniyyət Sarayında baş tutan təqdimat mərasimində müsabiqənin gedişinə həsr olunan sərgiyə də baxış keçirilib.

 

SAMF sədri Musa Yaqub layihə çərçivəsində təşkilat komitəsinin üzvlərinin rayon təhsil müəssisələrində keçirdiyi görüşlərdən danışaraq, müsabiqəyə böyük maraq olduğunu və III dəfə keçirilən müsabiqənin final turunda 193 nəfərin iştirak etdiyini bildirib. Onun sözlərinə görə, AVCİYA-nın prezidentinin təşəbbüsü ilə hər ay 29 nəfərə M.Ə.Sabir adına, iki nəfərə isə S.Ə.Şirvani adına təqaüd verilir.

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd yeniyetmə və gənclər arasında M.Ə.Sabir yaradıcılığının təbliği, görkəmli şairin yaradıcılığının tədris prosessində təbliğinə metodiki dəstək vermək, tədris prosesində fəal şagird və tələbələri üzə çıxarmaqla onları həvəsləndirməkdir.

Elxan Süleymanov çıxış edərək Şamaxının Azərbaycan mədəniyyətinə çoxsaylı şəxsiyyət bəxş etdiyini və bunların arasında M.Ə.Sabirin xüsusi rolu olduğunu qeyd edib. Millət vəkilinin sözlərinə görə, bu gün yeniyetmə və gənclərimizdə ədəbiyyata olan marağın artmasında bu cür müsabiqələrin təşkili xüsusi önəm kəsb edir. Qaliblərin yetişməsində ədəbiyyat müəllimlərinin müstəsna xidmətləri olduğunu bildirən müsabiqənin ideya müəllifi bu dəfə müsabiqədə çoxsaylı qalibləri olan müəllimlərin də xüsusi diplomlarla təltif edildiyini bildirib.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları