M.Ə.Sabir şeirlərinin III bədii qiraət müsabiqəsi başa çatır

Milli Məclisin deputatı, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu (SAMF) ilə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşan M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinin final turu mayın 18-də keçiriləcək.

Təşkilat komitəsinin üzvü Vüqar Tofiqlinin SalamNews-a verdiyi məlumatda bildirilir ki, müsabiqənin təqdimat mərasimi mayın 20-də Şamaxı Mədəniyyət Sarayında baş tutacaq. Tədbir çərçivəsində müsabiqənin gedişinə həsr olunmuş sərgi təşkil olunacaq. Bu günlərdə isə təşkilat komitəsinin üzvləri layihə çərçivəsində Şamaxı rayonunun tədris müəssisələrində görüşlər keçirərək, müsabiqənin gedişi ilə maraqlanıblar. Bu məqsədlə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında, Şamaxı Humanitar Kollecdə, şəhər 1 və 5 saylı tam orta məktəbində müsabqənin gedişi nəzərdən keçirilib.

V.Tofiqli üçüncü dəfə keçirilən müsabiqənin şərtlərindən danışaraq qeyd edib ki, bu dəfəki müsabiqənin yeniliklərindən biri də M.Ə.Sabirin müasirlərinin yaradıcılığına müraciət edilməsinə şərait yaradılmasıdır.

Xatırladaq ki, qaliblərə AVCİYA-nın prezidenti Elxan Süleymanovun təsis etdiyi təqaüd və Fəxri fərmanlar təqdim ediləcək.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları