Bir faciə haqqında iki foto söhbət

 

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nəşr etdirdiyi «Bir faciə haqqında iki foto-söhbət» foto-kitabı 1992-ci il fevral ayının 26-da ermənilər tərəfindən Xocalıda törədilmiş faciəyə həsr olunmuşdur.Kitaba tanınmış azərbaycanlı fotoqraflar – İlqar Cəfərov və Mirnaib Həsənoğlunun Xocalı hadisələri ilə bağlı foto-şəkilləri və həmin gün haqqında təəssüratları daxil edilmişdir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (www.avciya.az) əsas məqsədi onun üzvü olan qeyri-hökumət təşkilatlarının və üçüncü sektorun digər nümayəndələrinin fəaliyyətinin əlaqələndirilməsi vasitəsi ilə ölkədə vətəndaş cəmiyyətinin yaradılması prosesinə yardım göstərməkdir. Assosiasiya onun üzvü olan QHT-lərin qüvvəsi hesabına müxtəlif sahələrdə mövcud problemlərin üzə çıxarılması, cəmiyyətə çatdırılması və həlli üzrə kompleks tədbirlər həyata keçirməkdir. Assosiasiya vətəndaş cəmiyyətinin bütün iştirakçıları (hökumət, cəmiyyət,üçüncü sektor və s.) arasında dialoqun yaradılmasına kömək etməyi nəzərdə tutur. Assosiasiyanın fəaliyyətinin prioritet istiqamətləri sırasına vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi; korrupsiya halları ilə mübarizə üçün sosial əməkdaşlığın yaradılması; regionların və yerli idarəçiliyin sosial-ictimai inkişafına dəstək; islah əmək müəssisələri sisteminin təkmilləşdirilməsi; miqrant, qaçqın, məcburi köçkünlərin problemlərinin həllinə yardım; ekoloji təhsilin artırılması daxil edilə bilər.

Kitabı yüklə

 

Bənzər mövzular

Şamaxının millət vəkili – Yeddinci il
Şamaxının millət vəkili – Altıncı il
Şamaxının millət vəkili – Altıncı il
Sərsəng harayı