Elxan Süleymanovun təşəbbüsü ilə Şamaxının daha bir kəndinin su problemi həll edildi

e6d775a989dbad24ac4d13a59

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Yaponiya hökumətinin dəstəyi ilə Şamaxının içməli sudan korluq çəkən daha bir kəndində inşa edilən artezian qurğususunun açılış mərasimi olub.

Musavat.com xəbər verir ki, Şamaxı rayonunun Quşçu kəndində “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsinin icrası başa çatdırılması ilə bağlı törəndə AVCİYA prezidenti Elxan Süleymanov, rayonun icra başçısı Asif Ağayev, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori və kənd camaatı iştirak ediblər.
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov tədbiri açıq elan etdikdən sonra Azərbaycan və Yaponiyanın dövlət himnləri səsləndirilib.

Çıxış edən Elxan Süleymanov Yaponiya və Azərbaycan xalqları arasında bir çox oxşar mental dəyərlərin olduğunu deyib və Yaponiya hökumətinə, səfirinə Azərbaycanda bu kimi layihələri dəstəklədiklərinə görə təşəkkürlərini bildirib. Millət vəkili qeyd edib ki, Yaponiya səfirliyi bundan əvvəl Şamaxıda daha üç sosial layihəni dəstəkləyib.

Şamaxının icra başçısı isə son illərdə rayonda su təchizatının yaxşılaşdırılması və digər sosial problemlərin həlli ilə bağlı görülən işlərdən danışıb.

Səfiri Teruyuki Katori kənd camaatını azərbaycanca salamlayıb. Daha sonra o, çıxış edərək bildirib ki, Yaponiya su ehtiyatları ilə zəngin bir ölkədir: “Yaponiya hökuməti istəyir ki, bu problem mövcud olan ölkələrdə öz dəstəyini göstərsin”.
Yaponiya hökumətinin indiyədək Azərbaycanda 220-dən çox sosial layihəyə dəstək verdiyini deyən səfir bunların xeyli hissəsinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı olduğunu bildirdi. Şamaxıda su təchizatı ilə bağlı 2009-cu ildə Məlikçobanlı kəndində də layihə həyata keçirilib. Digər iki layihə isə məktəb tikintisi və təmiri ilə bağlıdır.

Elxan Süleymanovun təşəbbüsü olan “Quşçu kəndinin su təchizatı sisteminin tikintisi” layihəsi üzrə qrant müqaviləsi Yaponiyanın Azərbaycandakı səfirliyi ilə “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi” Qeyri-Hökumət Təşkilatı (AVCİYA-nın üzvü) arasında imzalanıb. Layihə çərçivəsində 150 metr dərinlikdə artezian quyusu qazılıb. 1,8 kilometr su borusu, ümumi həcmi 40 ton olan 2 su çəni və 3 su bulağından ibarət yeni su təchizatı sistemi tikilib. Bu, 5000 nəfərə yaxın əhalisi olan kənd sakinlərin su ehtiyacının ödənilməsinə imkan yaradıb. Bu layihədən 2200 nəfər sakininin faydalanacağı gözlənilir.

http://musavat.com/news/elxan-suleymanovun-tesebbusu-ile-samaxinin-daha-bir-kendinin-su-problemi-hell-edildi_457781.html

81cc6a135dd82febdd17e22ce66455d1

e495e9949f45595b5928698c75bbab3b

1e8ea86fe7f935596b7ce0f64ff53fdf

d840069c8d7671ae61a3718a45b19203

cb523b4335de217f96324ad738be416e

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu