Elxan Süleymanov: “Petisiyaya 60 mindən artıq səs verilib”

siaphoto_537945

“Ermənistan cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozmaqla yanaşı, həm də xarici təşkilatlar qarşısında etiraz aksiyaları keçirirlər. Məlumdur ki, işğalçı dövlət ABŞ prezidentinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciət ünvanlayırlar. Bütün bunlara cavab olaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama Administrasiyasına Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə petisiya ilə müraciət ünvanlayıb. Azərbaycan xalqını təbrik edə bilərəm ki, dörd gün ərzində 60 mindən artıq petisiyaya səs verilib. Bu o deməkdir ki, xalqımızın ağır dərdinə, yarasına dünyanın bütün sülhsevər ölkələrindən qoşulublar. Ümüdvarıq ki, yaxın günlərdə 100 mindən çox səsi toplayıb başa vuracayıq. Sözügedən layihə Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasında hərbi və diplomatik mübarizdə çox əhəmiyyətlidir. 6 may tarixinə qədər biz bir neçə yüz min səs toplamağa qadirik”. SİA-nın məlumatına görə, bu fikirləri AVCİYA-nın sədri, deputat Elxan Süleymanov layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşündə səsləndirib.

Deputat hər kəsi layihəyə qoşulmağa çağırıb. O diqqətə çatdırıb ki, gənclərə Azərbaycan dövlətinin hər zaman ehtiyacı var: “Bu baxımdan da düşünürəm ki, Dillər Universitetində təhsil alan 6000-dən çox tələbə bizimlə həmrəy olub səsimizə səs verəcək. Bu petisiya hərbi müharibə ilə yanaşı intellektual müharibədir. Ona görə də biz hərbi gücümzlə yanaşı, öz intellektual gücümüzü düşmənə göstərməliyik. Birmənalı şəkildə bütün dünya ölkələri bilməlidir ki, Azərbaycan xalqı heç zaman öz torpaqlarından imtina etməyəcək”.

Görüşdə çıxış edən Azərbaycan Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, petisiyaya qoşulmaq üçün səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər.

Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır. Müraciətə qoşulanlar Obama Administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları