Cari bölmə: Xəbərlər

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu dərc edilmişdir

Noyabrın 23-də rəsmi dövlət qəzetlərində 7 noyabr 2010-cu il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə (dördüncü çağırış) səsvermənin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu dərc edilmişdir. Həmin protokola əsasən, 85 saylı Şamaxı seçki dairəsindən Süleymanov Elxan Sirac oğlu Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

(more…)

“İnsan Hüquqları XXI əsr” Fondunun əməkdaşları Dəmirçi və Ərçiman kəndlərinin sakinlərinə hüquqi yardım göstərmişlər

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin qalibi olmuş Elxan Süleymanovun təşəbbüsü ilə noyabrın 20- də  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına daxil olan “İnsan Hüquqları XXI əsr” Fondunun prezidenti Şahin Camalovun rəhbərliyilə fondun əməkdaşları E.Süleymanovun səlahiyyətli nümayəndəsi Dəyanət Musayevlə birgə Şamaxı rayonunun Dəmirçi və Ərçiman kəndlərində vətəndaşlarla görüşmüş, onlara hüquqi yardım göstərmişlər.

(more…)

110 yaşlı Narınc nənə göz klinikasında müayinədən keçib

110 yaşlı Narınc nənə göz klinikasında müayinədən keçib     85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Milli Məclisinə keçirilmiş seçkilərin qalibi olmuş Elxan Süleymanovun təşəbbüsü ilə Avaxıl kənd sakini, 110 yaşlı Narınc nənə noyabrın 19-da SeLaMig göz klinikasında müayinə olunub. Tanınmış göz həkimi Qalib həkim Narınc nənənin hər iki gözündə mirvari suyunun olduğunu bildirib. Noyabr ayının 28-də növbəti müayinədən sonra Narınc nənənin sağ gözü üzərində əməliyyat aparılacaq.

(more…)

Şamaxılılara müraciət – 13.11.2010

(more…)

85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov seçicilərin 64,14 faizinin səsini qazanıb

(more…)

Azərbaycanda keçirilmiş parlament seçkilərində “exit-poll”un nəticələri açıqlanıb


“ELS” Müstəqil Araşdırmalar Mərkəzi parlament seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri İradə Yaqubova 118 Seçki Dairəsi üzrə 1180 məntəqədə “exit-poll” keçirdiklərini bildirib. Tədqiqat prosesində 2360 intervüyer, qərargahda isə 300-ə yaxın əməkdaş, eləcə də supervayzer fəaliyyət göstərib.

“Exit-poll”un nəticələrinə görə 85 saylı Şamaxı seçki dairəsində Elxan Süleymanov seçicilərin 60 faizinin səsini qazanmaqla qalib gəlib. 

(more…)

“Parlament -2010” Seçki Monitorinqi Koalisiyası Milli Məclisə keçirilən seçkilərdə monitorinqin nəticələrini açıqlayıb


“Parlament -2010” seçki monitorinqi koalisiyası parlament seçkilərində keçirdiyi elektron səsvermənin nəticələrini açıqlayıb.

Elektron səsvermənin nəticələrinə görə 85 saylı Şamaxı seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanov 54 faiz səs toplayıb.

(more…)

525-ci qəzet – “Elxan Süleymanov : Söz verirəm ki, seçiləcəyim halda şamaxılıların etimadını doğruldacağam”

 
 
 

(more…)

Gəlin seçiləcəyimiz təqdirdə Konstitusiya və seçicilərimiz qarşısında and içək

  [ 03 Noyabr 2010 12:35 ] 
Bakı. Ramil Məmmədli-APA. “Parlament seçkilərində deputat seçilənlər qanun və seçiciləri qarşısında and içsin”.
  
85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd
  
ELXAN SÜLEYMANOV: 

 Gəlin seçiləcəyimiz təqdirdə Konstitusiya və
 
seçicilərimiz qarşısında and içək.


(more…)

Sabir qəsəbəsində möhtəşəm görüş

Noyabrın 3-də saat 12.30-da 85 saylı Şamaxı seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə namizəd Elxan Süleymanovun Sabir qəsəbəsində “Aynur” şadlıq sarayında seçicilərlə görüşü keçirilib.

(more…)