Cari bölmə: Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  sentyabrın 24-də Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir. Sabiq Prezident Arnold Ruutel Azərbaycan ilə Estoniya arasında uzun müddət yaxşı əlaqələrin olduğunu vurğuladı.  Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan qonaq bunun ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından önəmini qeyd etdi.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun nitqi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin iyirminci ildönümünə həsr edilmiş bayram tədbirinin bağlanışında nitqi

 

Xanımlar və cənablar,

Çox-çox uzaqlardan gəlmiş dəyərli qonaqlar!

 

Biz 2 gündür bir yerdəyik. Düşünürəm ki, 2 gündə siz Azərbaycanla yaxından tanış oldunuz. Azərbaycanın siyasi və daxili siyasəti, iqtisadiyyatı, hüquq və ədliyyə islahatları, qanunvericilik sistemi, neft və enerji layihələri, ictimai-siyasət haqqında cənab Prezidentin məruzəsində 9 Azərbaycan rəsmisinin çıxışlarında öz əksini tapdı.

(more…)

“Qarabağ münaqişəsi region üçün ciddi təhlükə mənbəyidir

Azərbaycan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Avropada geniş yayılan və uğurla tətbiq edilən muxtariyyət nümunələri əsasında bölgədə yaşayan ermənilərə analoji status verməyə hazır olduğunu bəyan edib.

Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmaması və sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməkdə davam etməsi Azərbaycanı müntəzəm olaraq beynəlxalq səviyyədə problemin həllinə diqqəti cəlb etməyə məcbur edir. Bunu Prezident İlham Əliyevin Azərbaycanda Vətənədaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq tədbirdəki çıxışı zamanı dedikləri də sübut edir. Dünyanın 58 ölkəsindən, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlardan gələn yüksək səviyyəli nümayəndələrin də iştirak etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin bərpa edildiyi 20 il ərzində ölkəmizin keçdiyi böyük inkişaf yolundan danışıb.

(more…)

İlham Əliyev AVCİYA-nın tədbirində iştirak edir

 
Bu gün “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri işə başlayıb. AzərTac-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq tədbirin açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib. Beynəlxalq tədbir işini davam etdirir.

(more…)

Prezident İlham Əliyev: «Başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır»

 

Azərbaycanda islahatların həyata keçirilməsi prosesi davam edir və başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır, Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev sentyabrın 23-də Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbirin açılış mərasimində çıxışı zamanı deyib. 

Azərbaycan mühüm iqtisadi layihələrin təşəbbüskarıdır (more…)

İlham Əliyev: “Azərbaycanda işsizlik problemi həllini tapıb, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalıb”

 
“Azərbaycan iqtisadiyyatı inkişaf etdirilməkdədir. Ölkə ümumi daxili məhsulun inkişafında ən yüksək göstəricilərə nail olub. İşsizlik problemi həllini tapıb, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalıb”.   APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında deyib. (more…)

“Dağlıq Qarabağ münaqişəsi bütün regiona təhlükədir”

 
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ölkənin ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyib. Prezident bildirib ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Dövlət başçısı bunun nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib: “Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib. (more…)

“Beynəlxalq təşkilatlar işğalçı Ermənistanı cəzalandırmaqda acizdir”

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin və digər beynəlxalq qurumların qəbul etdiyi qətnamələr bu günə qədər icra olunmayıb. Avropada tətbiq edilən uğurlu muxtariyyat nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər. Bu fikirləri prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə işinə başlayan beynəlxalq konfransda səsləndirib.
      “Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarlar, sadəcə, kağız üzərində qalıb”. BMT-nin ünvanına bu sərt bəyanatı dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş mərasimdə prezident İlham Əliyev səsləndirib. Dövlət başçısı tədbirə qatılan xarici qonaqların diqqətinə çatdırıb ki, Dağlıq Qarabağ problemi təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. 
      “Azərbaycan torpaqları 20 ildən çoxdur erməni silahlı qüvvələrinin təcavüzü altındadır. Beynəlxalq təşkilatlar isə bu təcavüzə son qoymaqda, işğalçı Ermənistanı cəzalandırmaqda acizdir”, – deyə prezident vurğulayıb. 
      Münaqişənin indiyədək həllini tapmamasında isə İlham Əliyev birbaşa rəsmi İrəvanın günahkar olduğunu bildirib. 
      Prezident Azərbaycanın tolerant ölkə olduğunu, burada müxtəlif xalqların və dini təriqətlərin sülh və əmin-amanlıq şəraitində yaşadığını və ölkənin bununla qürur duyduğunu vurğulayıb. Dövlət başçısı əlavə edib ki, Avropada tətbiq edilən uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər. 
      Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 70 faizini təşkil etdiyini xarici qonaqların nəzərinə çatdıran prezident Avropa İttifaqı – Azərbaycan münasibətlərinə də toxunub. O qeyd edib ki, Azərbaycan əlaqələri qarşılıqlı hörmət və etimad üzərində qurub. Bu əlaqələr getdikcə daha da güclənəcək.

(more…)

Prezident İlham Əliyev: Avropadakı uğurlu muxtariyyət nümunələri Dağlıq Qarabağda da tətbiq edilə bilər

“Müstəqilliyimizin ilk illərində Azərbaycanda acınacaqlı vəziyyət hökm sürürdü. Lakin Azərbaycan bütün bu çətinliklərin öhdəsindən gələ bildi, mürəkkəb vəziyyətdə – 1993-cü ildə xalqımız müdrik seçim edərək, ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi”. Bu sözləri prezident İlham Əliyev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, məhz ümummilli liderin yürütdüyü siyasət nəticəsində Azərbaycanda inkişafın təməli qoyulub, islahatlar başlayıb, atəşkəsə nail olunub. 1994-cü ildə ölkənin inkişafı üçün mühüm amil olan neft sahəsində “Əsrin müqaviləsi” imzalanıb: “Dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığımız, onların təcrübəsindən yararlanma iqtisadiyyatımızı gücləndirdi. Bu gün Azərbaycan bir sıra mühüm iqtisadi layihələrin təşəbbüskarıdır”.

(more…)

Bakıda dövlət müstəqilliyimizin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbiri keçirilir

 
Sentyabrın 23-də Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük beynəlxalq bayram tədbiri işə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq tədbirin açılış mərasimində iştirak etmişdir.
Tədbir iştirakçıları dövlətimizin başçısını hərarətlə qarşıladılar. 
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söylədi (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunub). Sonra Azərbaycan haqqında film nümayiş etdirildi.

(more…)