Şamaxıda IX Sabir Bədii Qiraət Müsabiqəsinə yekun vuruldu

 

Mayın 23-24-də Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə növbəti-doqquzuncu Sabir Bədii Qiraət Müsabiqəsinin yekun tədbirləri  keçirildi. (more…)

Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları

Şamaxının millət vəkili Elxan Süleymanov mayın 7-də Şamaxıda Böyük Vətən müharibəsi veteranları ilə görüşüb.

Görüşdə rayon Veteranlar Şurasının sədri Ağarza Bayramov, II Dünya müharibəsi iştirakçılarından Mirağa Əhlimanov, Dədəxan Niftalıyev, Cümşüd İbrahimov, Əlfalı Əsədov iştirak ediblər. Millət vəkili faşizm üzərində qələbə qazanılmasında müstəsna xidmətləri olmuş insanları təbrik edib. (more…)

Elxan Süleymanovun təşəbbüsü ilə reallaşan Sabir qiraət müsabiqəsinə dair görüş keçirildi

2011-ci ildən bəri Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Mirzə Ələkbər Sabir yaradıcılığına həsr edilmiş qiraət müsabiqələri keçirilir. Bölgənin təhsil həyatında xüsusi yer tutan müsabiqə bu il 9-cu dəfə reallaşır. (more…)

Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi – Elxan Süleymanovdan “Nəsimi ili”nə töhfə

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə İmadəddin Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi də elan edilib. (more…)

9-cu Sabir Qiraət Müsabiqəsinə start verilir – Elxan Süleymanovun təşəbbüsü…

Dahi şairimiz Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş 9-cu Bədii Qiraət Müsabiqəsinə start verilir. (more…)

Elxan Süleymanov şamaxılı Qarabağ şəhidlərinin ailələrini Novruz münasibətilə təbrik etdi

 

Şamaxının milət vəkili Elxan Süleymanov Qarabağ şəhidlərinizin ailələrini təbrik etdi.

Millət vəkilinin adından verilən bayram açıqcalarında deyilir:

Əzizlərim!

Yurdumuza Bahar gəlir. Sizi Baharın gəlişi münasibətilə ürəkdən təbrik edirəm. (more…)

Şamaxının millət vəkili 9-cu dəfə Qəhrəman Anaları təbrik etdi

Şamaxının millət vəkili Elxan Süleymanov hər il olduğu kimi, bu il də Şamaxı rayonundan olan Qəhrəman anaları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Şamaxı şəhəri, Mədrəsə, Sabir, Şəhriyar qəsəbələrində, Muğanlı, Çuxuryurd, Mirikənd, Qurdtəpə, Qaravəlli, Məlcək, Pirbəhli, Əhmədli, Saqiyan, Cabanı, Bağırlı, Qaleybuğurt, Quşçu, Məlikçobanı, Göylər, I Çaylı və Əngəxaran kəndlərində yaşayan 115 Qəhrəman Anaya millət vəkili Elxan Süleymanovun adından bayram hədiyyələri və təbrik məktubları təqdim olunub.

Bu ənənənin əsası  2011-ci ildə qoyulub.

Elxan Süleymanov Xocalı şəhidlərinin xatirəsinə ehsan verdi

Göyçayın Qaraman kəndində xeyriyyəçi-maarifçi Hacı Rəhim Əfəndinin adına olan məsciddə Xocalı soyqırımı qurbanları anılıb. Hacı Rəhim Əfəndinin nəvəsi, millət vəkili, xeyriyyəçi Elxan Süleymanovun təşəbbüsü ilə keçirilən törəndə şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açılıb. (more…)

Şamaxının millət vəkili Elxan Süleymanov zəlzələ bölgəsində olub

Millli Məclisdə Şamaxını təmsil edən Elxan Süleymanov deputatı olduğu bölgəyə səfər edib.

Musavat.com xəbər verir ki, deputat rayonda yerli sakinlərlə görüşüb. Millət vəkili fevralın 5-də və 6-da baş vermiş təbii fəlakətdən zərər çəkən sakinlərə baş çəkib, qəzalı vəziyyətə düşən tikililərə baxış keçirib.

Şamaxı şəhərinin Səttar Bəhlulzadə və Vidadi Məmmədov küçələrində yerləşən 2, Şəhriyar qəsəbəsində 3 ünvanda olan Elxan Süleymanov zəlzələ nəticəsində yararsız hala düşmüş evlərdə yaşayan 5 ailəyə maddi yardım edib.

Musavat.com

Elxan Süleymanovdan seçicilərinə və uşaqlara Yeni il hədiyyəsi

 

Yeni il bayramı günlərində ənənəvi olaraq, Şamaxının millət vəkili Elxan Süleymanovun adından rayonun 22 uşaq bağçasında tərbiyə alan 1200-dən artıq uşağa Yeni il hədiyyələri təqdim edilib. (more…)