AVCIYA VƏ SAMF ŞAMAXIDA SABİR GÜNLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİB

Yeni Müsavat – 27 may 2011-ci il
Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbiri Azərbaycanın tanınmış şairi, SAMF sədri Musa Yaqub açaraq Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışmış, bu işdə vətəndaş cəmiyyəti təmsilçilərininə xüsusi rolu olduğunu qeyd edib.

(more…)

Şamaxıda Mirzə Ələkbər Sabir günlərinə həsr olunmuş tədbir keçirilib

Bakı-APA. 26 May 2011 

Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. AVCİYA-dan APA-ya verilən məlumata görə, tədbiri SAMF sədri Musa Yaqub açaraq Mirzə Ələkbər Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən danışıb. M. Yaqub AVCİYA və SAMF-nin gördüyü işlər haqqında məlumat verib. M. Yaqub AVCİYA rəhbəri, Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Əfzələddin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və M. Ə. Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar kollecin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib. SAMF sədri bildirib ki, hər iki təşkilatın təşkilatçılığı ilə Şamaxıda M.Ə Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Müsabiqə mayın 24-də sona çatıb. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr iştirak edərək bacarıqlarını nümayiş etdiriblər. M. Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin ənənəvi olaraq keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

(more…)

M.Ə. Sabir günləri davam edəcək

Şamaxının millət vəkili Elxan Süleymanov 2011-cilin sentyabr ayından – yeni tədris ilindən etibarən, böyük Azərbaycan şairi M.Ə. Sabirin yaradıcılığına həsr olunmuş Bədii Qiraət Müsabiqəsinin keçirilməsi təklifi ilə çıxış etmişdir. Müsabiqə M.Ə.Sabirin anadan olmasının 150 illiyinə həsr olunacaq. Elm, mədəniyyət xadimlərinin, müxtəlif təhsil müəssisələrində təhsil alan şagird və tələbələrin iştirakı nəzərdə tutulan müsabiqənin ümumrespublika səviyyəsində keçirilməsi nəzərdə tutulur.

M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar (25.05.2011)

 

Məlum olduğu kimi, 25 may 2011-ci ildə Şamaxıda  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə  M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə M.Ə.Sabir yaradıcılığına yenidən müraciət olunmuş, ziyalılar tərəfindən Sabir yaradıcılığının ədibiyyatşünaslıqda rolu və yeri haqqında çıxışlar edilmiş, şagird, tələbə və bədii qiraət ustaları tərəfindən şairin şerləri oxunmuş, AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən müsabiqənin qalibləri mükafatlandırılmış, onlara təhsillərində uğurlar arzulanmışdır.

(more…)

Mayın 25-də Şamaxıda M.Ə.Sabir günlərinə həsr olunmuş tədbir keçirilmişdir

25 may 2011-ci ildə Şamaxıda  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə  M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Azərbaycanın tanınmış ziyalısı Musa Yaqub açaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun gördüyü işlər haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, 01 mart 2011-ci ildə start götürən müsabiqə 24 may 2001-ci ildə sona çatmışdır. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr böyük həvəslə iştirak edərək öz  bacarıqlarını nümayiş etdirmişdilər. Musa Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin gələcəkdə də keçiriləcəyinin iştirakçıların diqqətinə çatdırmışdır.

(more…)

Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir (25.05.2011)

(more…)

Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş müsabiqə keçirilib (24.05.2011)

(more…)

Mayın 24-də Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş müsabiqə keçirilib

Mayın 24-də Şamaxı rayonunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə  M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş Bədii Qiraət Müsabiqəsi keçirilib. 2011-ci il mart ayının 1-də start verilən müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər.
<div><img style=”float: left; padding-right: 3px;” src=”http://elkhan-suleymanov.az/az/uploads/posts/sabir_m/samaxi.jpg” alt=”” width=”158″ height=”108″ /></div>
<div style=”text-align: justify;”></div>

(more…)