Şamaxıda III bədii qiraət müsabiqəsi başa çatır

 

May ayının 18-də Şamaxıdan millət vəkili, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü, Söz Azadlığını Müdafiə Fondu  (SAMF) və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş III bədii qiraət müsabiqəsinin final turu keçiriləcək.
Publika.Az-ın məlumatına görə, müsabiqənin təqdimat mərasimi isə may ayının 20-də Şamaxı Mədəniyyət Sarayında baş tutacaq.  Tədbir çərçivəsində musabiqənin gedişinə həsr olunmuş sərgiyə də baxış keçiriləcək.

 

(more…)

Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi – IV hissə

(more…)

Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi – III hissə

(more…)

Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi – II hissə

(more…)

Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi – I hissə

(more…)

M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsinnin birinci mərhələsinə yekun vurulub

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiqə Fondunun (SAMF)  təşkilatçılığı ilə Şamaxı şəhərində fevralın birindən start verilən ustad şair M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsi davam edir. Şamaxının bütün təhsil müəssisələrini əhatə edən müsabiqənin birinci mərhələsinə artıq yekun vurulub.

Şamaxı Təhsil Şöbəsinə aid olan 72 məktəbdən 65 nəfər final turuna vəsiqə qazanıb. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı Filialından 4 nəfər  və Şamaxı Humanitar Kollecindən isə iki nəfər finalçılar  sırasına qoşulublar.

(more…)

M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi keçirilir

Söz Azadlığını Müdafiə Fondu və Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı şəhərində fevralın birindən start verilən ustad şair M.Ə.Sabirin yaradıcılığına həsr olunan II Bədii Qiraət müsabiqəsi davam edir. AVCİYA-dan SİA-ya verilən xəbərə görə, Şamaxının bütün təhsil müəssisələrini əhatə edən müsabiqənin birinci mərhələsinə artıq yekun vurulub. Şamaxı Təhsil Şöbəsinə aid olan 72 məktəbdən 65 nəfər final turuna vəsiqə qazanıb. Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialından 4 nəfər və Şamaxı Humanitar Kollecdən isə iki nəfər finalçılar sırasına qoşulublar.Təşkilat komitəsinin yaydığı məlumata görə, ikinci dəfə keçirilən müsabiqəyə maraq yüksək olub. Yerli ziyalı və müəllimlərin iştirakı ilə birinci mərhələdə keçirilən yoxlama turunda şagirdlərdə nitq qüsurlarının az olması, habelə şeirlərin təkrarlanmaması daha çox diqqəti çəkib. Hazırda birinci turun qalibləri may ayında baş tutacaq final turuna hazırlaşırlar.

(more…)

Şamaxıda Sabirə həsr olunan bədii qiraət müsabiqəsi başa çatıb

Şamaxı şəhərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunan tədbir keçirilib. SAMF-ın sədri, şair Musa Yaqub M.Ə.Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışaraq bu işdə vətəndaş cəmiyyəti təmsilçilərinin də xüsusi rolu olduğunu qeyd edib. O, AVCIYA-nın rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Əfzələddin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və M.Ə.Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar Kollecinin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib: “Eyni zamanda hər iki qurumun təşkilatçılığı ilə Şamaxıda M.Ə Sabir yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsi keçirilib. Bu ilin martından start götürən müsabiqə mayın 24-də sona çatıb.

(more…)

Şamaxıda Sabir günlərinə həsr olunmuş tədbir keçirilib

Elxan Süleymanov: “Ümumrespublika bədii qiraət müsabiqəsinə start verilib”

Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun təşkilatçılığı ilə Mirzə Ələkbər Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. SAMF sədri Musa Yaqub Sabirin Azərbaycan ədəbiyyatında tutduğu yerdən, onun yaradıcılığının daim diqqət mərkəzində olmasından danışıb, bu işdə vətəndaş cəmiyyəti təmsilçilərinin də xüsusi rolu olduğunu qeyd edib. O, həmçinin AVCIYA rəhbəri, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə Əfzələdin Xaqaninin Məlhəm kəndindəki abidəsinin və Sabirin müəllimi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin bərpa edildiyini, Şamaxı Humanitar kollecin və Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialının tələbələrinə Xaqani və Şirvani adına təqaüdlərin təsis edildiyini bildirib. SAMF sədri deyib ki, hər iki qurumun təşkilatçılığı ilə Şamaxıda Sabir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib. Martın 1-dən start götürən müsabiqə mayın 24-də başa çatıb. Müsabiqədə Şamaxı rayonunda təhsil alan şagird və tələbələr böyük həvəslə iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Şair Musa Yaqub Sabir yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin ənənəvi olaraq keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

(more…)

Şamaxıda Sabir qiraət müsabiqəsi

Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin doğulduğu Şamaxıda onun yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi başa çatmışdır. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun bu ilin martında elan etdiyi müsabiqə rayonun təhsil ocaqlarını əhatə etmiş, minlərlə Sabirsevər yarışmanın iştirakçısı olmuşdur.

(more…)