Şamaxının millət vəkili Elxan Süleymanov İkinci Dünya müharibəsinin veteranlarını təbrik edib

Şamaxının millət vəkili Elxan Süleymanov İkinci Dünya müharibəsinin veteranlarını təbrik edib

Şamaxının millət vəkili Elxan Süleymanov mayın 7-də Şamaxı şəhərindəki qərargahında bu rayondan olan İkinci Dünya müharibəsinin iştirakçıları ilə görüşüb. Millət vəkilinin Şamaxıdakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayevin verdiyi məlumata görə, görüşdə müharibə veteranları – Mirağa Əhlimanov, Qədir Qədirov, Ağaməsim Mütəllimov, Eyni Qəribov, Qiyasəddin Babayev və Şamaxı rayon Əmək və Müharibə Veteranları Şurasının sədri Ağarza Bayramov iştirak edirdi.

Veteranları Qələbə Günü münasibəti ilə təbrik edən millət vəkili faşizm üzərində qələbənin əhəmiyyətini vurğulayıb və onun qazanılmasında azərbaycanlıların, o cümlədən də şamaxılıların  da böyük xidmətləri olduğunu qeyd edib. Elxan Süleymanov bu gün də Azərbaycan Milli Ordusunda xidmət edən gənclərin İkinci Dünya müharibəsi qəhrəmanlarının şücaətini döyüş meydanında davam etdirdiklərini bildirib.

Görüşün sonunda veteranlara hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Şamaxının millət vəkili Elxan Süleymanov İkinci Dünya müharibəsinin veteranlarını təbrik edib

Şamaxının millət vəkili Elxan Süleymanov İkinci Dünya müharibəsinin veteranlarını təbrik edib
Şamaxının millət vəkili Elxan Süleymanov İkinci Dünya müharibəsinin veteranlarını təbrik edib
Şamaxının millət vəkili Elxan Süleymanov İkinci Dünya müharibəsinin veteranlarını təbrik edib
Şamaxının millət vəkili Elxan Süleymanov İkinci Dünya müharibəsinin veteranlarını təbrik edib

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları