Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu

Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Mayın 18-19-da Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə növbəti-altıncı Sabir bədii qiraət müsabiqəsinin yekun tədbirləri  keçirildi. Müsabiqədə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin şagird və tələbələri iştirak edirdilər.

 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz
Azadlığını Müdafiə Fondunun birgə təşkil etdiyi müsabiqə ənənəyə uyğun olaraq
iki mərhələdə keçirilir. Əvvəlcə təhsil müəssislərində keçirilən müsabiqənin
qalibləri rayon səviyyəsindəki tədbirə qatılırlar. Yüzdən artıq iştirakçının
qatıldığı müsabiqənin yekun turu şair Musa Yaqubun rəhbərlik etdiyi münsiflər
heyəti tərəfindən qiymətləndirildi.

May ayının
19-da isə Şamaxı şəhər Mədəniyyət Sarayında müsabiqə qaliblərinin  mükafatlandırılma mərasimi keçirildi. Mərasimi
giriş sözü ilə şair Musa Yaqub açaraq, altıncı ildir keçirilən Sabir bədii qiraət
müsabiqəsinin artıq Şamaxının mədəni həyatında mühüm hadisəyə çevrildiyini
vurğuladı. Filologiya üzrə fəlsəfə doktoru, Sabir tədqiqatşısı Eyvaz Eminalıyev
böyük şairin yaradıcılığının həmişə insanları cəlb etdiyini bildirdi və qeyd
etdi ki, buna görə də məktəblilərdə bu müsabiqəyə diqqət səngimir. Şamaxı rayon
İcra Hakimiyyətinin başçısı Asif Ağayev millət vəkili Elxan Süleymanovun rayon ərazisində
həyata keçirdiyi müxtəlif xeyriyyə tədbirlərindən bəhs etdi və bildirdi ki,
Sabir bədii qiraət müsabiqəsi bu tədbirlər içərisində xüsusilə seçilir. Müsabiqənin
münasiflər heyətinin üzvləri – filologiya elmləri doktoru, professor Nadir
Abdullayev, Sabir ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilova,
filologiya üzrə fəlsəfə doktoru Vəfa Yunusova, eləcə də jurnalist Elşad Məmmədli
çıxış edərək müsabiqə ilə bağlı təəssüratlarını bölüşdülər. Şamaxının millət vəkili
Elxan Süleymanov seçicilərlə növbəti görüşdən məmnunluğunu ifadə etdi və son
dövrdə gördüyü işlərlə bağlı hesabat verdi. Millət vəkili qiraət müsabiqəsinin
hər il yeni-yeni istedadlı uşaq və gənclərin aşkar edilməsindəki rolunu
vurğuladı.

Sonra
müsabiqə qaliblərinə diplomlar və mükafatlar təqdim edildi. Şamaxı şəhər THT fənnləri
təmayüllü  liseyin 9-cu sinif
şagirdi Səmayə Abdullayevaya müsabiqənin birinci mükafatı verildi, daha 10 nəfər
isə müxtəlif mükafatlara layiq görüldü. Tədbir müsabiqə qaliblərinin M.Ə.Sabirin
şeirlərini söyləmələri ilə başa çatdı.
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu

Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu
Şamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vurulduŞamaxıda altıncı Sabir bədii qiraət müsabiqəsinə yekun vuruldu

Bənzər mövzular

Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
“Bu gün Sabir təkcə oxunmur, ürəklərə köçür” – Elxan Süleymanov
Elxan Süleymanov veteranlarla görüşdü – 2011 və 2019-cu illərin danışan fotoları