Şamaxıda “Sabir bulağı” istifadəyə verilib

18 may 2012

Bu gün Şamaxının Adnalı kəndində və Şəhriyar qəsəbəsində millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi olub.

“Azadinform” xəbər verir ki, bulaqların hər ikisi Şamaxı torpağında anadan olmuş görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi şərəfinə “Sabir bulağı” adlandırılıb. Açılış mərasimində Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, tanınmış şair Musa Yaqub da iştirak ediblər.

Şamaxıda “Sabir bulağı” komplekslərinin açılışı olub

18 may 2012-ci il

Bu gün Şamaxının Adnalı kəndində və Şəhriyar qəsəbəsində Şamaxıdan seçilmiş deputat Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş bulaq komplekslərinin açılış mərasimi olub.

SalamNews-un məlumatına görə, bulaqların hər ikisi Şamaxı torpağında anadan olmuş görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi şərəfinə “Sabir bulağı” adlandırılıb.

Şamaxıda bir gündə iki "Sabir bulağı"nın açılışı olub

Mayın 18-də Şamaxının Adnalı kəndində və Şəhriyar qəsəbəsində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa edilmiş bulaq kompleksinin açılış mərasimi olub. Bu bulaq kompleksləri millət vəkili Elxan Süleymanovun Şamaxının 17 yaşayış məntəqəsinə su çəkdirəcəyi vədinin tərkib hissədir.

Bulaqların hər ikisi Şamaxı torpağında anadan olmuş görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi şərəfinə “Sabir bulağı” adlandırılıb.

Şamaxıda bədii qiraət müsabiqəsinin qaliblərinə hər ay 50 manat “Sabir” təqaüdü veriləcək

18 may 2012-ci il

Şamaxı şəhərində Milli Məclisin deputatı Elxan Süleymanovun təşəbbüsü ilə “Sabir günləri” çərçivəsində M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub və kitabların təqdimatı keçirilib.

Tədbirdən SalamNews-a verilən məlumata görə, Milli Məclisin deputatları, tanınmış ziyalılar M.Ə.Sabirin Şamaxı şəhərindəki Ev-muzeyini və Seyyid Əzim Şirvaninin məzarını ziyarət ediblər. Mərhum akademik Bəkir Nəbiyevin deputat Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə çap edilən “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, professor Alxan Bayramoğlunun tərtib etdiyi “Sabir haqqında tədqiqlər”, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin “Sabirin həyatı və sənəti” kitabının təqdimatı olub.

Şamaxıda M. Ə. Sabirin anadan olmasının 150 illiyinə həsr olunmuş Bədii Qiraət Müsabiqəsinə yekun vurulub

Mayın 17-də Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə “Sabir günləri” çərçivəsində M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsinə yekun vurulub və üç kitabın təqdimatı keçirilib.

Tədbirdən öncə Milli Məclisin deputatları, tanınmış şair və yazıçılar, elm adamları M.Ə.Sabirin Şamaxı şəhərindəki Ev Muzeyini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Sonra isə Seyid Əzim Şirvaninin məzarı ziyarət olunub. Şamaxı Mədəniyyət Evində keçirilən mərasimdə Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanan, mərhum akademik Bəkir Nəbiyevin “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, professor Alxan Bayramoğlunun tərtibçiliyi ilə nəşr olunan “Sabir haqqında tədqiqlər”, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin “Sabirin həyatı və sənəti” kitabının təqdimatı olub.

Şamaxıda Mirzə Ələkbər Sabirə həsr edilən kitabların təqdimatı olub

17 may 2012-ci il

Bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycanın Şamaxı rayonunda “Sabir günləri” çərçivəsində şairin yaradıcılığına həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb və 3 yeni kitabın təqdimatı olub. APA-nın məlumatına görə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə bu gün keçirilən tədbirdən öncə Milli Məclisin deputatları, tanınmış şair və yazıçılar, elm adamları M.Ə.Sabirin Şamaxı şəhərindəki Ev Muzeyini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Sonra isə Seyid Əzim Şirvaninin məzarı ziyarət olunub. Şamaxı Mədəniyyət Evində keçirilən mərasimdə Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə hazırlanan, mərhum akademik Bəkir Nəbiyevin “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, professor Alxan Bayramoğlunun tərtibçiliyi ilə nəşr olunan “Sabir haqqında tədqiqlər”, filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyevin “Sabirin həyatı və sənəti” kitabının təqdimatı olub. Tədbirdə millət vəkilləri Elxan Süleymanov, Sabir Rüstəmxanlı, kitabın müəllifləri çıxış ediblər.

M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş II Bədii Qiraət müsabiqəsinə yekun vurulub

17 may 2012-ci il

Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasından (AVCİYA) SalamNews-a bildirilib ki, xalq artisti Tofiq İsmyılovun sədrliyi ilə təşkil edilən münsiflər heyətinə tanınmış şair Musa Yaqub, professoor Nadir İsmayılov, əməkdar artist Ağalar Bayramov və başqaları daxildir. Tədbirin birinci günü finalçıların çıxışları iki mərhələdə dinləniləcək. İkinci gün isə M.Ə.Sabir Günləri çərçivəsində deputat Elxan Süleymanovun təşəbbüsü və dəstəyi nəşr olunan “Mirzə Ələkbər Sabir: həyatı və sənəti” monoqrafiyası, mərhum akademik Bəkir Nəbiyevin son tədqiqatı “Şamaxı torpağının böyük Azərbaycan şairləri” kitabı, habelə, AVCİYA və Söz Azadlığını Müdafiqə Fondunun (SAMF) təşkilatçılığı ilə nəşr edilən “M.Ə.Sabir haqqında tədqiqlər” kitabının təqdimatı keçirilib. Tədbirin ikinci hissəsində isə Bədii Qiraət Müsabiqəsinin qalibləri elan olunub.

Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elxan Süleymanov AŞPA-nın qış sessiyasında Hüquq Məsələləri və İnsan Haqları Komitəsi (Committee on Legal Affairs and Human Rights), Siyasi Məsələlər üzrə Komitə (Political Affairs Committee) və Monitorinq Komitəsinə (Avropa Şurasına üzv ölkələrin Vəzifə və Öhdəliklərinin Yerinə Yetirməsi üzrə Komitə) (Committee on the Honouring of Obligations and Commitments by member states of the Council of Europe) üzv seçilmişdir.

Banner