Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı şəhərində bayram tədbirlərində iştirak edib

_mg_2703

Dekabrın 28-də  Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxı rayonunda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbirlərdə iştirak edib. Əvvəlcə millət vəkili Böyük Xınıslı kəndindəki uşaq baxçasında balacalarla görüşüb və onlara bayram sovqatı təqdim edib. Ümumiyyətlə, hər il olduğu kimi Şamaxı rayonunun məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan 1200 uşağa və 76 Qarabağ şəhidi ailəsinə Elxan Süleymanovun adından Yeni il sovqatları hədiyyə edilib.

_mg_2668

Sonra  Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində təntənəli bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən Şamaxının millət vəkili Elxan Süleymanov seçicilərini  qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib. Sabir qiraət müsabiqəsi qalibləri, ali məktəblərə yüksək balla daxil olan və millət vəkilinin təsis etdiyi təqaüdlərin sahiblərinə bayram hədiyyələri təqdim olunub.

Şair Musa Yaqub tədbir iştirakçılarına bayram təbriklərini çatdırıb.

Tədbirdə çıxış edən Şamaxı rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev şamaxılıları Yeni – 2017-ci il münasibətilə təbrik edib.

Millət vəkili Elxan Süleymanovun dəstəyi və təşkilatçılığı ilə Məlcək kəndində tikiləcək yeni məktəb binasının eskiz layihəsi Məlcək kənd bələdiyyəsinin başçısına təqdim olunub.

Tədbir geniş bayram konserti ilə başa çatıb. Azərbaycan Respublikasının əməkdar artistləri Elnarə Abdullayeva, Şirzad Fətəliyev, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad və “Deyişmə” aşıq müsabiqəsinin finalçısı Aşıq Rza, “Respublika Muğam müsabiqəsi”nin mükafatçısı Abgül Mirzəliyev, Ümid Əsgərov, Zamir Balayev, Habil Şıxəliyev, Mütəllim Dəmirov, Şamaxı şəhər İncənət Təhsili Mərkəzinin instrumental ansamblı (bədii rəhbər – Antik Seyidov), rəqs və “Nağaraçılar” qrupu tamaşaçılara xoş anlar bəxş ediblər.

_mg_2963

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu