Millət vəkili Elxan Süleymanov yüksək balla ali məktəbə qəbul olunan məzunları təbrik edib

DSC_0039

Bu gün Şamaxının millət vəkili Elxan Süleymanov rayon mərkəzindəki qərargahında yüksək balla ali məktəbə daxil olmuş Şamaxı məktəblərinin məzunları ilə görüş keçirib. Görüşdə həmçinin 2014-cü ildən bəri ən yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələr, eləcə də millət vəkilinin təşəbbüsü və dəstəyi ilə keçirilən yeddinci Sabir Bədii Qiraət Müsabiqəsinin qalibləri iştirak edib. 

Görüşü giriş sözü ilə açan millət vəkilinin rayondakı səlahiyyətli nümayəndəsi, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayev iştirakçıları salamlayıb. Görüşdə çıxış edən millət vəkili Elxan Süleymanov bu görüşlərin artıq ənənəyə çevrildiyini vurğulayaraq, məzunları tələbə adı almaları münasibəti ilə təbrik edib, onlara öz tövsiyələrini çatdırıb və yeni dərs ilində uğurlar arzulayıb. Görüş iştirakçılarına Şamaxının millət vəkili Elxan Süleymanovun təsis etdiyi təqaüdlər təqdim olunub.

Qeyd edək ki, bu il Şamaxı məktəblərinin 6 məzunu 600-dən artıq bal toplayaraq, tələbə adını qazanıb. Şamaxı şəhər 10 saylı tam orta məktəbin məzunu Şəhla Musayeva və Şamaxı Avropa liyesinin məzunu Lamiyə Mahmudova Azərbaycan Dövlət Tibb Universitetinə, Şamaxı Avropa liyesinin məzunu Elgün Bəhrəmli Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına, Ovçulu kənd tam orta məktəbinin məzunu Adəm Heybətov və Adnalı kənd tam orta məktəbinin məzunu Seyidrəsul Heydərov Azərbaycan Dövlət İqtisad Universitetinə, Qurdtəpə kənd tam orta məktəbinin məzunu Şüşəxanım Şahməmmədova Bakı Dövlət Universitetinə qəbul olunub.

Tədbirin sonunda millət vəkili Elxan Süleymanov görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.

DSC_0078

Bənzər mövzular

Azərbaycan Mətbuat Şurasının sədri, həmkarım Əflatun Amaşova Açıq Məktub
Şamaxıda “Nəsimi böyük mütəfəkkir kimi”inşamüsabiqəsinə yekun vuruldu
Şamaxı.6 sentyabr 2019-cu il.
Elxan Süleymanovun AŞPA-ya Açıq məktubu