“20 Yanvar. Əsrin dörddə biri keçdi…” adlı disk hazırlanıb

Qanlı Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində “1905.az studio”  “20 Yanvar. Əsrin dörddə biri keçdi…” adlı  proqram hazırlayıb. 1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru  Fuad Babayevdən aldığımız məlumata görə proqram, 12 dildə fəaliyyət göstərən saytın eyni adlı diskussiya klubunda keçirilmiş növbəti müzakirə zamanı çəkilib.

(more…)

Millət vəkili Elxan Süleymanovun Pedro Aqramuntun məlumat memorandumuna dair izahatı

AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycan üzrə məruzəçisi Pedro Aqramuntun “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?“ məlumat memorandumu  (21 oktyabr 2014-cü il) ilə bağlı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun

izahatı

 Məruzəçinin hazırladığı məlumat memorandumunda insan hüquqlarının vəziyyətinə dair təqdim edilmiş məlumatlarla bağlı yerli QHT-lərin və hakimiyyətin mövqeyi, o cümlədən beynəlxalq QHT-lərin mülahizələri təqdim edilib.

Məlumat memorandumunda əks etdirilmiş müddəalar əsasında hazırlanmış aşağıdakı izahatları təqdim edirik:

izahat.pdf

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov seçicilərini Yeni il münasibətilə təbrik edib

Şamaxının millət vəkili Elxan Süleymanov seçicilərini bu il də Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib. Dekabrın 29-da Şamaxı rayonunda yaşayan 72 Qarabağ müharibəsi və 20 Yanvar şəhidi ailəsinə millət vəkilinin adından bayram sovqatları təqdim edilib.

(more…)

Təbrik

Dəyərli seçicilərim!

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü

və Yeni il münasibəti ilə təbrik edirəm.

Hörmətlə, Elxan Süleymanov, Şamaxının millət vəkili 

 

 

 

AVCİYA-nın saytları mükafatlandırıldı

Milli İnternet Mükafatı – Milli Net 2014 qaliblərinin təqdimat mərasimi keçirilib. Dekabrın 19-da Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı – Milli Net 2014  qaliblərinin təqdimetmə mərasimi keçirilib. Təqdimat mərasimində artıq 6-cı il keçirilən Milli Net 2014 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.

(more…)

Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi ilə görüşüb

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi xanım Milica Markoviç və onu müşayiət edən şəxslərlə görüşüb. AVCİYA-dan APA-ya verilən məlumata görə, qurumun ofisində keçirilən görüşdəAvropa Şurasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi Aiste Ramanauskaite, ekspert Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi Adnan Besiç, AVCİYA-nın I vitse-prezidenti Vəli Əlibəyov, AVCİYA ekspertləri Samir İsayev, Ramiz Sevdimalıyev, Şahin Camalov və Məhərrəm Zülfüqarlı iştirak ediblər.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi Milica Markoviçi qəbul edib

Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) mərkəzi ofisində AVCİYA Prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov Avropa Şurasının Sərsəng bəndi ilə bağlı məruzəçisi xanım Milica Markoviç və onu müşaiət edən şəxsləri qəbul etmişdir. Görüşdə Avropa Şurasının sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin məruzəçisi Milica Markoviç, sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi Aiste Ramanauskaite, ekspert Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi Adnan Besiç, AVCİYA-nın I vitse prezidenti Vəli Əlibəyov, AVCİYA ekspertləri Samir İsayev, Ramiz Sevdimalıyev, Şahin Camalov və Məhərrəm Zülfüqarlı iştirak etmişlər.

(more…)

Məruzəçi AVCİYA ilə görüşəcək

Azərbaycanda faktaraşdırıcı səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Milica Markoviç bu gün“Sərsəng harayı” layihəsini həyata keçirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında olacaq, layihə rəhbəri və işçi heyəti ilə görüşəcək. AVCİYA-nın mətbuat xidmətinin verdiyi məlumata görə, məruzəçini səfər zamanı AŞPA-nın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi xanım Aiste Ramanauskaite, ekspert xanım Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi, cənab Adnan Besiç müşayiət edirlər. 

(more…)

“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimatı keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində hazırladığı “Sərsəng SOS: Humanitar Böhran Təhdidi” adlı kitabın təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, kitab ermənilərin işğalı altında olan Sərsəng su anbarında yarana biləcək humanitar fəlakəti özündə əks etdirir. Kitabın ingilis və fransız dillərində də nəşr olunduğunu deyən V. Əlibəyov qeyd edib ki, 3 nəfərdən ibarət yaradılan işçi qrup ekoloji fəlakətin yaşana biləcəyi Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Yevlax rayonlarında araşdırmalar aparıb və kitabdakı məlumatlar real faktlara söykənir.

(more…)

Elxan Süleymanov: “Sərsənglə bağlı AŞPA məruzəçisi dekabrın 14-də Azərbaycana səfər edəcək” – MÜSAHİBƏ

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun APA-ya müsahibəsi

– Sərsəng su anbarı ilə bağlı Avropa Şurası məruzəçisinin ölkəmizə faktaraşdırıcı səfəri gözlənilir. Bu barədə nə deyə bilərdiniz?

– Bu il mayın 12-də mənim AŞPA-da təqdim etdiyim “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” adlı qətnamə layihəm əsasında Bosniya və Herseqovinadan olan deputat Milica Markoviç məruzəçi təyin edildi.

(more…)