Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”

Elxan Süleymanov: “Sərsəng su anbarı işğalçı Ermənistanın əlində Azərbaycana qarşı çox təhlükəli bir silahdır”Bakı-APA. 24-27 avqust 2015-ci il tarixlərində “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə AŞPA məruzəçisi xanım Miliça Markoviçin Azərbaycana növbəti səfəri baş tutacaq.

 

APA-nın məlumatına görə, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov bildirib ki, məruzəçi 5 nəfərlik nümayəndə heyəti ilə ölkəmizə gəlir. Nümayəndə heyətinə müstəqil ekspert Styliani Lydia Vamvakeriou da daxildir. 

(more…)

Millət vəkili Elxan Süleymanov ABŞ senatorlarına məktub ünvanlayıb

Millət vəkili Elxan Süleymanov ABŞ senatorlarına məktub ünvanlayıb

Cənab
Mitç Makkonnel Cənab Harri Reyd

Çoxluqların
lideri Azlıqların
lideri

ABŞ
Senatı ABŞ Senatı

 

 

Hörmətli
liderlər!

 

Bu ilin mart ayında Azərbaycana dəfələrlə səfər
etmiş, sonuncu səfərində 2013-cü ildə seçkiləri müşahidə etmiş keçmiş konqresmen
Silvestr Reyesin “Roll Call”-dakı məqaləsini oxudum. (Məqaləni bu linkdən oxuya
bilərsiniz: http://blogs.rollcall.com/beltway-insiders/azerbaijan-must-remain-a-strong-ally-of-the-united-states/?dcz=
) Konqresmen Reyes ölkəmizi araşdırmış və haqqımızda bir çox məlumatlar öyrənmişdir.
Biz ona çox hörmət edirik və Azərbaycanın ABŞ-a dəstəyinin əhəmiyyətini təsvir
edən mart tarixli məqaləsi çox düzgündür.

(more…)

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə, Avronest PA Büro üzvlərinə məktub göndərib

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Avronest PA həmsədrlərinə, Avronest PA Büro üzvlərinə məktub göndəribAvronest
PA həmsədrlərinə,
Avronest PA Büro üzvlərinə

Hörmətli həmkarlar,
Katibliyin bu günlərdə göndərdiyi məktubda iki Komitə üzrə məruzənin AP
komponenti katibliyi, digər iki Komitə üzrə isə ŞT komponentinin katıbliyi tərəfindən
hazırlanması təklif edilir.

(more…)

Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə onuncu kəndə su çəkilib.

Şamaxıda millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə onuncu kəndə su çəkilib.
İyulun
26-da Şamaxı rayonunun Dağ Bağırlı kəndində Şamaxının millət vəkili Elxan
Süleymanovun təşəbbüsü və maliyyə dəstəyi ilə su çəkilməsi və Sabir bulağının
açılışı ilə əlaqədar təntənəli mərasim olub.

Mərasimdə millət vəkili Elxan
Süleymanov, Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım
Qasımov, rayon ictimaiyyətinin nümayəndələri və Dağ Bağırlı kəndinin sakinləri
iştirak ediblər. E.Süleymanov bu əlamətdar hadisə ilə bağlı kənd sakinlərini təbrik
edib və gələcəkdə də bu kimi tədbirlərin davam edəcəyini bildirib. Millət vəkilinin
təşəbbüsü ilə rayonda 5-ci ildir keçirilən “M.Ə.Sabir qiraəti günləri”nin
qalibləri böyük şairin şeirlərini söyləyiblər. Mərasimdə Aşıq Ağamurad Mərzəngəli
bədii proqramla çıxış edib. Daha sonra millət vəkili Dağ Bağırlı kəndinin gənc
sakinləri Tural və Günayın toy mərasimində iştirak edib.

Qeyd
edək ki, Şamaxının millət vəkilinin təşəbbüsü və dəstəyi ilə rayonun artıq
onuncu kəndinə su çəkilib və Sabir bulaqları inşa edilib.

(more…)

Təbrik

 

Dəyərli seçicilərim!

Sizi müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirəm!

ALLAH orucunuzu qəbul etsin!

Hörmətlə, Elxan Süleymanov, Şamaxının millət vəkili 

(more…)

Şamaxının millət vəkilinin təşəbbüsü və dəstəyi ilə Dağ Bağırlı kəndinə içməli su xətti çəkilir

Şamaxının millət vəkilinin təşəbbüsü və dəstəyi ilə Dağ Bağırlı kəndinə içməli su xətti çəkilir (more…)

Şamaxının millət vəkili 88 yaşlı alimi təbrik etdi

Şamaxının millət vəkili 88 yaşlı alimi təbrik etdiŞamaxının millət vəkil Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə hazırlanan Şamaxı Ensiklopediyası Elmi-Redaksiya Şurası Tarix bölməsinin toplantısı keçirilib. Millət vəkilinin qatıldığı toplantıda iqtisad elmləri namizədi, professor, tarix, bədii ədəbiyyat və jurnalistika sahəsində 110-dan artıq elmi-publisistik məqalənin və 9 kitabın müəllifi Babaxan Niyazlı, tarix elmləri doktoru, professor Kamil İbrahimov, tarix üzrə fəlsəfə doktorları Nailə Bayramova və Sevinc Qasımova, pedaqoji elmlər  üzrə fəlsəfə doktoru Dəyanət Musayev, ensiklopediyanın yaradıcı heyətinin üzvləri iştirak ediblər. (more…)

Şamaxı Cümə məscidində iftar süfrəsi

Şamaxı Cümə məscidində iftar süfrəsi (more…)

Millət vəkili Elxan Süleymanovun Avropa Parlamentinə məktubu

 

Avropa Parlamentinin Prezidenti

Martin Şultsa

İnkişaf Komitəsinin sədri

Linda MakAvana

Xarici Əlaqələr Komitəsinin sədri

Elmar Broka

Hörmətli prezidentlər,

Avropa Parlamentində Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun Avropa Parlamentinin Prezidentinə verdiyi tövsiyə barədə məktub nümayəndə heyətimizin diqqətinə çatdırılmışdır. Məktubda Prezident Şultsa 2015-ci ilin noyabrında Azərbaycana hər hansı seçki müşahidə missiyası göndərməmək məsləhəti verilir və ölkəmiz haqqında olduqca mənfi qeydlər edilir.

 

 

(more…)

AŞPA-nın iyun sessiyasında demokratiya və azadlıq evinin nümayəndələri işğala və işğalçıya dəstək verdilər

AŞPA-nın iyun sessiyasında demokratiya və azadlıq evinin nümayəndələri işğala və işğalçıya dəstək verdilər

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

AŞPA-nın yay sessiyası zamanı, 23 iyun 2015-ci il tarixində həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış Azərbaycanda demokratik institutların fəaliyyətinə dair məruzə layihəsi müzakirə edilərək qəbul edilmişdir. Müzakirələr çox gərgin keçdi.

(more…)