Cari bölmə: Xəbərlər

Novruz təbriki

Novruz təbriki

(more…)

Elxan Süleymanov: “Avronest PA-nın Yerevanda keçirilən 4-cü növbəti sessiyası utancverici hadisələrlə tarixə düşdü”

Elxan Süleymanov: “Avronest PA-nın Yerevanda keçirilən 4-cü növbəti sessiyası utancverici hadisələrlə tarixə düşdü” Avronest PA həmsədrlərinə,

Avronest PA Büro üzvlərinə,

Avronest PA üzvlərinə

 

 Hörmətli həmsədrlər,

Hörmətli həmkarlar,

 

Avronest PA-nın Yerevanda keçirilən 4-cü növbəti sessiyası utancverici hadisələrlə tarixə düşdü. Azərbaycan nümayəndə heyətinin haqlı olaraq iştirakdan imtina etdiyi bu sessiya Ermənistan tərəfinin planlı və düşünülmüş təxribatları ilə başladı və həmin təxribatların akkordları ilə başa çatdı.

(more…)

Elxan Süleymanov: “Yerevanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübüt etdi”

Elxan Süleymanov

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

Bu gün, 18.03.2015-ci il tarixində Avronest PA-nın Yerevanda keçirilən 4-cü sessiyası öz işini başa vurur. İlk növbədə vurğulamaq lazımdır ki, sessiyada üzvlərin 50 faizinin iştirak etməsi qəbul edilən qərarların legitimliyini sual altına salır. Belə ki, sessiyada 6  Şərq Tərəfdaşlığı ölkəsindən yalnız Ukrayna, Gürcüstan və Ermənistan iştirak etmişdir. Azərbaycan nümayəndə heyəti ilə yanaşı Moldova nümayəndə heyəti də demək olar ki sessiyaya qatılmayıb.  Moldovanı yalnız bir deputat təmsil etmişdir, Gürcüstan və Ukrayna nümayəndə heyətləri isə Yerevana  tam tərkiblə getməmişlər.

(more…)

Avronest PA Yerevan sessiyası erməni deputatların təxribatı ilə başladı

Elxan Süleymanov,

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

Dünən, 16 mart 2015-ci il tarixində  Avronest PA-nın 4-cü sessiyası öz işinə başladı. Sessiya işğalçı Ermənistanın paytaxtı Yerevanda keçirilir. Azərbaycan nümayəndə heyəti bu sessiyada iştirak etməkdən imtina edib. Odur ki, sessiya Azərbaycanlı millət vəkillərinin iştirakı olmadan keçirilir.

(more…)

Elxan Süleymanov: “Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Yerevanda keçirilən sessiyasında iştirakdan imtina edib”

Elxan Süleymanov,

Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri

 Bu gün, 16 mart 2015-ci il tarixdə, Avronest PA-nın 4-cü sessiyası öz işinə başlayıb. Mart ayının 18-dək davam edəcək sessiya işğalçı dövlətin paytaxtı Yerevanda keçirilir. Sessiya çərçivəsində plenar iclasla bərabər, Büronun və  4 daimi komitənin iclası keçirilməli, müvafiq məruzələr üzrə irəli sürülmüş düzəlişlər səsverməyə çıxarılmalı, məruzələr yenidən müzakirə olunaraq qətnamə edilməli və Avronest PA-nın cari ilin may ayında Riqada keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə ünvanladığı  ismarışlar qəbul edilməlidir.

(more…)

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov AŞPA yetkililərinə məktub ünvanladı

AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov AŞPA yetkililərinə məktub ünvanladı Məlumdur ki, AŞPA Siyasi Məsələlər Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” üzrə məruzəçisi cənab Robert Volter 12-13 mart 2015-ci il tarixlərində Bakıya rəsmi səfər edir. Səfərlə bağlı AŞPA-nın rəsmi internet resursunda yerləşdirilmiş məlumatın mətnində ciddi yanlışlığa yol verilmiş, məruzənin adı Dağlıq Qarabağ münaqişəsi kimi qeyd olunmuşdur. AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Millət Vəkili Elxan Süleymanov bununla bağlı AŞPA Prezidenti xanım xanım Ann Brassörə, AŞ Bürosunun üzvlərinə, AŞ Baş Katibi Torbyörn Yaqlanda, AŞPA Baş Katibi Voysix Saviçkiyə  və məruzəçi Robert Volterə öz etiraz məktubunu göndərmiş, gələcəkdə belə sui istifadə hallarının qarşısını almaq üçün qurumun rəsmi internet resursun idarə edilməsi səlahiyyətinin AŞPA Baş Katibindən alınaraq müstəqil ekspertlərə verilməsini təklif etmişdir. (more…)

Elxan Süleymanov: “İlk dəfədir ki, hazırlanacaq məruzənin adında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı faktı əks etdirilir”

Elxan Süleymanov: “İlk dəfədir ki, hazırlanacaq məruzənin adında Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı faktı əks etdirilir” “İnanmaq istərdim ki, cənab Robert Volter məruzəsində Azərbaycan torpaqlarının işğalı və əsir götürülmüş soydaşlarımızın hüquqlarının təmin edilməsi məsələsini gündəmə gətirəcək”

Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər Komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Volter martın 12-13 tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq. AŞPA-da belə bir sənədin hazırlanması uğrunda mübarizənin təfərrüatları və bu məruzədən olan gözləntilərlə bağlı suallarımızı məruzənin təşəbbüskarı, eyni adlı qətnamə layihəsinin müəllifi Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov APA-ya cavablandırır.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun 8 Mart Qadınlar Günü münasibətilə təbriki

Şamaxının millət vəkili Elxan Süleymanovun 8 Mart Qadınlar Günü münasibətilə təbriki

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov qəhrəman anaları təbrik edib

Şamaxının  millət  vəkili  Elxan  Süleymanov  ötən  illərdə  olduğu  kimi,  bu  il  də Şamaxıda  yaşayan  qəhrəman  anaları  Beynəlxalq  Qadınlar  Günü  münasibətilə təbrik  edib.  Millət  vəkilinin  Şamaxı  rayonundakı  səlahiyyətli  nümayəndəsi Dəyanət  Musayevdən  aldığımız  məlumata  görə,  rayon  ərazisində  yaşayan  148 nəfər  qəhrəman  ananın  hər  birinə  Elxan  Süleymanovun  adından  hədiyyələr  və təbrik məktubları təqdim olunub. Qəhrəman analar göstərilən diqqət və qayğıya görə millət vəkilinə minnətdarlıqlarını bildiriblər.  (more…)

AŞPA Sədarət Komitəsi Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul etdi

 

Elxan Süleymanov,

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü

Mən AŞPA yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim etmişdim və bu barədə ictimaiyyətə məlumat vermişdim.

 

(more…)