Mayın 24-də Şamaxıda M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş müsabiqə keçirilib
<div style=”text-align: justify;”></div>
Elxan Süleymanov: “Çalışacağıq ki, EURONEST PA öz qərarlarında Azərbaycan ərazilərinin işğal edilməsi faktını təsdiqləsin”
Azərbaycanın EURONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya müsahibəsi
– Avropa Parlamentinin prezidenti Yerji Buzek mayın 20-də Azərbaycana səfər edib. Azərbaycanın EURONEST PA-da nümayəndə heyətinin rəhbəri kimi bu səfərin nəticələri haqqında nə deyə bilərsiniz?
– Avropa Parlamentinin sədri Yerji Buzekin Bakıya səfəri onun Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində həyata keçirilib. O, əvvəlcə Ermənistan və Gürcüstanda olub, daha sonra isə Azərbaycana gəlib. Səfərin proqramı əvvəlcədən müəyyənləşdirilmişdi və rəsmi şəkildə elan edilmişdi. Səfər çərçivəsində Y. Buzek prezident cənab İlham Əliyev və Milli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirib, müxalifət partiyalarının rəhbərləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə müzakirələr aparıb. Görüşlər zamanı demokratiyanın daha da genişləndirilməsi, insan hüquqlarının təmin edilməsi, hüququn aliliyinin möhkəmləndirilməsi, təhlükəsizliyin və sabitliyin qorunub saxlanması, ümumi problemlərin qarşılıqlı fayda əsasında həllinə nail olunması kimi məsələlər müzakirə predmeti olub.
Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi olmuşdur – 21.05.2011, saat 13.20
Şamaxının Şahxəndan qəbiristanlığında Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi keçirilir – 21.05.2011. saat 12.00
Şamaxıda müharibə veteranları ilə görüş keçirilib
Şamaxının müharibə veteranları ilə görüş keçirilib
“Həftə içi” – 11 may 2011-ci il Şamaxının müharibə veteranları ilə görüş keçirilib
Millət vəkili Elxan Süleymanov onlara qiymətli hədiyyələr verib.
Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı rayonundan olan II Dünya müharibəsi veteranları ilə görüş keçirilib. AVCİYA-dan “Həftə içi”nə verilən məlumata görə, görüşü giriş sözü ilə açan E. Süleymanov Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində göstərdiyi rəşadətdən, müharibədə Bakı neftinin həlledici rolundan danışaraq, bu sırada Şamaxı sakinlərinin də xüsusi rolunu qeyd edib. Həmin dövrdə Şamaxının 43 min nəfər sakininin 28 % -nin müharibəyə könüllü getdiyini vurgulayan millət vəkili onların demək olar ki, yarıdan çoxunun döyüş meydanlarında həlak olduğunu vurğuladı. Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nəsimi Abdullayev, şair Musa Yaqub, 1-ci, 2-ci , 3-cü dərəcəli “Şöhrət ” ordenli, 91 yaşlı Muradəli Heydərov çıxışında müharibə veteranlarını Qələbə günü münasibətilə təbrik edib, onların cəmiyyətin ən əziz, hörmətli insanları olduğunu bildiriblər.
Şamaxının müharibə veteranları ilə görüş keçirilib
Yeni Müsavat – 11 may 2011-ci il
Şamaxının müharibə veteranları ilə görüş keçirilib
Şamaxının millət vəkili Elxan Süleymanovun qərargahında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Şamaxı rayonundan olan II Dünya müharibəsi veteranları ilə görüş keçirilib. Görüşü giriş sözü ilə açan E. Süleymanov Azərbaycan xalqının İkinci Dünya müharibəsi illərində göstərdiyi rəşadətdən, müharibədə Bakı neftinin həlledici rolundan danışaraq, bu sırada Şamaxı sakinlərinin də xüsusi rolunu qeyd edib.
ŞAMAXININ MİLLƏT VƏKİLİ ŞAMAXILI MÜHARİBƏ VETERANLARINI TƏBRİK ETDİ
EURONEST Parlament Assambleyasının təsis olunması barədə akt imzalanıb
Bakı. Viktoriya Dementyeva-APA. Brüsseldə EURONEST Parlament Assambleyasının ilk iclasının əsas hissəsi başa çatıb. APA-nın məlumatına görə, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin çıxışından sonra bu strukturun təsis olunması barədə akt imzalanıb. Daha sonra Avropa İttifaqı, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan parlamentarlar təşkilatın fəaliyyətinə dair prosedur mexanizmini səsvermə ilə qəbul ediblər.