“Azərbaycanda digər dinlərə göstərilən münasibət bütün müsəlman ölkələri üçün nümunə ola bilər”

APA – 21.07.2011
 “Azərbaycanda digər dinlərə göstərilən münasibət bütün müsəlman ölkələri üçün nümunə ola bilər”.  APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının sədri Luka Volonte Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən dəyirmi masada bildirib. 

(more…)

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı qonaqlara müraciətlə dedi:
– Sizi görməyimə çox şadam, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Bu, həmçinin münasibətlərimizə aid ciddi məsələləri müzakirə etmək fürsətidir. Ümumiyyətlə, biz çox məmnunuq ki, Azərbaycan ilə Avropa strukturları arasında olan münasibətlər inkişaf edir. Bu münasibətlərin uzun tarixi var. On ildən çoxdur ki, Azərbaycan Avropa Şurasının üzvüdür, özü də fəal üzvüdür. Bildiyiniz kimi, biz Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında iştirak edirik. Avropa İttifaqının təsisatları ilə Azərbaycan arasında olan təmaslar çox dinamikdir. (more…)

Azərbaycan ilə Avropa strukturları arasında olan münasibətlər inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul edib. Dövlət başçısı qonaqlara müraciətlə deyib: “Sizi görməyimə çox şadam, Azərbaycana xoş gəlmisiniz. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Bu, həmçinin, münasibətlərimizə aid ciddi məsələləri müzakirə etmək fürsətidir. Ümumiyyətlə, biz çox məmnunuq ki, Azərbaycan ilə Avropa strukturları arasında olan münasibətlər inkişaf edir. Bu münasibətlərin uzun tarixi var. On ildən çoxdur ki, Azərbaycan Avropa Şurasının üzvüdür, özü də fəal üzvüdür.

(more…)

Şamaxı sakinlərinə hüquqi yardım kampaniyası davam edir

Şamaxı rayonunun millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə 18 iyul 2011-ci il tarixində Şamaxıda millət vəkilinin qərargahında rayon sakinləri üçün hüquqi yardım günü keçirilmişdir. Hüquqşünas qrupu ilə görüşə 20-dək vətəndaş gəlmişdir. Vətəndaşların əksəriyyətinə hüquqi məsləhətlər verilmiş, bir çoxlarının şikayət ərizələri icraata götürülmüşdür.

(more…)

PRESS RELİZ 18.07.2011

Şamaxının millət vəkili,

AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, Azərbaycan – Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri

Elxan Süleymanovun

Seçki Qərargahı

Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanovun dəvəti ilə Azərbaycanda səfərdə olmuş Avropa Parlamentinin üzvləri, cənab Franko Qaston (Fransa), cənab Ferreyra Fernandez Xose Manuel (Portuqaliya) və Belçika Parlamentinin üzvü Alayn Desteks dünən, 17 iyul tarixində səfərlərini başa vuraraq Azərbaycanı tərk etmişdilər. Azərbaycanla tanışlıq və rəsmi görüşlər məqsədilə edilən səfər çərçivəsindəə qonaqlar Milli Məclisin sədri, cənab Oqtay Əsədov, Xarici İşlər Naziri, cənab Elmar Məmmədyarov,  Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, cənab Əli Həsənov, ARDNŞ-in vitse-prezidenti, cənab Elşad Nəsirov və  Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katibi, Millət Vəkili Əli Əhmədovla görüşmüş, helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə səfər etmişdilər. Şamaxının millət vəkili Elxan Süleymanov bu kimi səfərləri Azərbaycan barədə beynəlxalq təşkilatlarda doğru və obyektiv təsəvvürlərin yaradılması baxımından çox əhəmiyyətli sayır. Xatırladaq ki, cənab E.Süleymanovun dəvəti ilə 04-08 iyul tarixlərində Belçika – Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri də Azərbaycana səfər etmiş və rəsmi görüşlər keçirmişdilər. Növbəti bu kimi səfər 19-22 iyul tarixlərində baş verəcək. Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının rəhbəri Cənab Lukas Volontenin rəhbərlik etdiyi 11 nəfərdən ibarət qrupu Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev tərəfindən qəbulu gözlənilir. Qonaqlar rəsmi görüşlərlə yanaşı həmçinin Bakı-Tiflis-Ceyhan boru-kəmərinin Aralıq dənizinə istiqamət aldığı yerə – Sanqaçal Neft Terminalına səfər edəcəklər, və, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün faydalana biləcək dinlərarası dialoq və Avropa dəyərlərinə dair dəyirmi masada iştirak edəcəklər.

(more…)

Millət vəkilləri Şamaxıda toy mərasimində iştirak ediblər

Milli Məclisinin bir qrup deputatı Azərbaycanda qonaq olan Belçika parlamentinin 5 üzvü ilə birgə Şamaxıdan seçilən millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə iyulun 7-də bu rayonda səfərdə olublar. Bu barədə Modern.az-a E.Süleymanovun rəhbəri olduğu AVCİYA təşkilatından məlumat verilib.

 

Bildirilib ki, qonaqlar əvvəlcə Şamaxı Rayon İcra Hakimiyyətində olaraq icra başçısı Asif Məmmədovla görüşüb, bölgədə aparılan işlər barədə məlumat alıblar.

(more…)

Belçika parlamentariləri Şamaxının Qalaybuğur kəndində toy mərasimində iştirak ediblər

Bakı – APA. Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 5 üzvündən ibarət nümayəndə heyəti iyulun 4-dən 8-dək Azərbaycanda səfərdə olub, bir sıra görüşlər keçirib. Millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov səfərin məqsədi və müzakirə edilən məsələlərlə bağlı APA-ya müsahibə verib.

 

Belçika nümayəndə heyətinin Azərbaycanın səfərinin əsas məqsədi nə idi?

 

– Azərbaycan Milli Məclisi müxtəlif ölkələrin parlamentləri ilə çoxtərəfli və ikitərəfli səviyyələrdə əməkdaşlıq edir. Çoxtərəfli əməkdaşlıq deyəndə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, ikitərəfli əməkdaşlıq deyəndə isə iki ölkə arasında formalaşdırılmış birbaşa əməkdaşlıq nəzərdə tutulur. Onu da deyim ki, əksər hallarda çoxtərəfli əməkdaşlığın səmərəli olması ikitərəfli əməkdaşlıq əlaqələrinin səviyyəsindən və sıxlıq dərəcəsindən asılıdır. Odur ki, Azərbaycan Milli Məclisi tərəfdaş ölkələrin parlamentləri ilə, o cümlədən Belçika parlamenti ilə müxtəlif səviyyəli əlaqələr qurub. Bu əlaqələrin daha da intensiv və dinamik şəkildə inkişaf etdirilməsi üçün tərəfdaş ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qrupları yaradılıb. Bu işçi qruplardan biri də Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupdur. Analoji işçi qrupu Belçika parlamenti tərəfindən də yaradılıb. Cənab Filip Blanşarın rəhbərliyi ilə Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun ölkəmizə səfəri tanışlıq xarakteri daşıyır. Səfər çərçivəsində qonaqlar İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüblər. Görüşlər zamanı hüquqi, demokratik dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi istiqamətində ölkəmizin əldə etdiyi irəliləyişlər, Azərbaycanda həyata keçirilən çoxşaxəli layihələr, Azərbaycan-Belçika mədəni əlaqələrin inkişafı imkanları və perspektivləri müzakirə edilib. Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində keçirilən görüş zamanı qonaqlar Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində ölkəmizin 20% ərazisinin işğal edilməsi, həmin ərazilərdə işğalçı Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirilməsi, bir milyondan artıq insanın qaçqın və məcburi köçkün halına düşməsi, işğal nəticəsində regionda fövqəladə humanitar vəziyyətin yaranması faktları qonaqların diqqətinə çatdırılıb. Qonaqlar ölkəmizin iqtisadi inkişafını görmək məqsədilə “Caspian Fish” və “Səngəçal” neft terminalı ilə tanış olub, mənim millət vəkili seçildiyim Şamaxı rayonuna səfər ediblər.

(more…)

Şamaxıda növbəti xeyriyyəçilik tədbiri

Şamaxıdan Milli Məclisə deputat seçilmiş Elxan Süleymanov artıq rayon sakinləri arasında xeyriyyəçi kimi tanınır.

Bir neçə ay əvvəl Azərbaycanın görkəmli maarifçi şairi Seyid Əzim Şirvaninin qəbirüstü abidəsini inşa etdirən, kimsəsiz, xəstə ailələrə baş çəkib onların problemləri ilə maraqlanan, imkansız tələbələrə maddi yardım göstərən E.Süleymanov iyulun 7-də daha bir xeyriyyəçilik tədbiri keçirmişdir. Deputat Şamaxının ucqar Qaleybuğurd kəndində Qarabağ müharibəsi iştirakçısı Mərdan Hacıyevin oğlu Bəhlul Hacıyevə toy şənliyi keçirmişdir.

(more…)

Şamaxıda müharibə əlilinin övladı üçün toy mərasimi təşkil edilib və yeni inşa ediləcək evin təməli qoyulub

Şamaxı rayonunda xeyriyyə tədbiri keçirilib. APA-nın Şirvan bürosunun xəbərinə görə, Şamaxıdan seçilmiş millət vəkili Elxan Süleymanovun dəstəyi ilə rayonun Qaleybuğurd kənd sakinləri Bəhlul və Ramilənin toy mərasimi təşkil edilib. Rayon mərkəzindən 35 kilometr aralıda dağlıq ərazidə yerləşən kənddə milli adət-ənənələrə uyğun olaraq təşkil edilən toy mərasimində Milli Məclisin deputatları Elxan Süleymanov, Qənirə Paşayeva, Rövşən Rzayev, Xanhüseyn Kazımlı, Əli Hüseynli, Azər Kərimli, Belçika-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Filipp Blenşar, rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, rayon ziyalıları, yerli sakinlər iştirak edib. (more…)

QALEYBUĞURDDA TOY SEVİNCİ

7 iyul 2011-ci ildə Şamaxının Qaleybuğurd kəndində Bəhlul və Ramilənin toy məclisi keçiriləcək. Şamaxının millət vəkilinin dəstəyi ilə baş tutacaq mərasimdə Azərbaycan Milli Məclisinin və cənab Philippe Blanchart başda olmaqla Belçika – Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Şamaxı rayonunun rəhbərliyi, tanınmış ziyalılar və sənətçilər  iştirak edəcəklər. Elxan Süleymanovun təşəbbüsü və təşkilatçılığı ilə gənc ailə üçün inşa ediləcək yaşayış evinin təməlqoyması da baş tutacaq.

(more…)