BELÇİKADA SABİRİN HEYKƏLİ QOYULACAQ

Şamaxının millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov 26-28 avqustda Belçikaya səfər edib. O, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Blanşarla görüşüb. Səfər zamanı cənab Blanşarın meri olduğu Thuin şəhərində Azərbaycanın böyük şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə heykəlinin qoyulması üçün yer müəyyən edilib və Sabir gününün qeyd olunması ilə bağlı tədbirlər planı müzakirə edilib.

(more…)

STRASBURQA KİYEV HAZIRLIĞI

Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanov 29-31 avqustda Kiyev şəhərində səfərdə olub. O, Şərq Tərəfdaşlığı ölkələrinin AVRONEST PA-da nümayəndə heyətlərinin rəhbərlərinin qeyri-formal görüşündə iştirak edib. Görüşdə Ukrayna və Azərbaycanla yanaşı, AVRONEST PA-da Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri də iştirak edib. Kiyevdə keçirilən görüş, AVRONEST PA-nın 14-15 sentyabr tarixdə Strasburqda keçiriləcək ilk sessiyasına hazırlıq məqsədi daşıyıb. Görüş zamanı sessiyada qəbul ediləcək sənədlər müzakirə edilib. Səfər zamanı qonaqları Ukrayna Ali Radasının sədri cənab Vladimir Litvin qəbul edib.

Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, Elxan Süleymanovun Qərargahı. PRESS RELİZ 01.09.2011

Şamaxının millət vəkili, AVRONEST Parlament Assambleyasında Azərbaycan Nümayəndə Heyətinin Rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü Elxan Süleymanovun dəvəti ilə Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan hüquqları komitəsinin sədri cənab Kristos Pirqurides və komitənin üzvü xanım Elza Papadimitrio Azərbaycanda səfərdədirlər. Bu gün, sentyabr ayının 1-də qonaqlar istintaq təcridxanası və cəzaçəkmə müəssisələrinə baş çəkəcək, Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fikrət Məmmədov, Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralov və Azərbaycan Respublikasının ədliyyə naziri yanında İctimai Komitənin üzvləri ilə görüşəcəklər. Sentyabrın 2-də cənab Kristos Pirqurides və xanım Elza Papadimitrio bir sıra rəsmi görüşlər keçirəcəklər.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə rayon sakinlərinə bayram sovqatı paylanmışdır – 30.08.2011

Şamaxının millət vəkili Elxan Süleymanov hər bayram olduğu Ramazan bayramında da şamaxılıları unutmamışdır. Ramazan bayramı günündə millət vəkilinin təşəbbüsü ilə Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, eləcə də İkinci Dünya müharibəsi iştirakçılarının ailələlərinə bayram sovqatı paylanmışdır. Aksiya çərçivəsində 130-dan artıq ailəyə bayram sovqatı təqdim edilmişdir.

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə rayon sakinlərinə bayram sovqatı paylanmışdır – 30.08.2011

 

Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə rayon sakinlərinə bayram sovqatı paylanmışdır – 30.08.2011

 

“Azərbaycanda xristianlığın, islamın və digər dinlərin təriqətlərinə mənsub insanlar arasında dini zəmində heç vaxt qarşıdurma baş verməyib”

APA – 21.07.2011

“Azərbaycanda xristianlıqla bağlı önəmli məqamlardan biri bu dinin müxtəlif, hətta bir-birini qəbul etməyən təriqət və məzhəblərinin sərbəst fəaliyyət göstərməsidir”.  APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair” mövzusunda keçirilən dəyirmi masada çıxışında bildirib.

(more…)

Milli Məclisin sədri AŞPA-nın Avropa Xalq Partiyası fraksiyasının üzvlərini qəbul edib

APA – 21.07.2011

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan AŞPA-nın Avropa Xalq Partiyası fraksiyasının üzvlərini qəbul edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın bu günədək Avropa Şurasının 55 sənədinə qoşulduğunu xatırladan O. Əsədov qurum qarşısında götürülmüş öhdəliklərin çox böyük hissəsinin yerinə yetirildiyini və bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb: “Yaxın gələcəkdə biz “Siyasi partiyalar haqqında” yeni qanun qəbul etməyə hazırlaşırıq.

(more…)

Azərbaycanın xarici işlər naziri AŞPA nümayəndə heyətini qəbul edib

APA – 21. 07. 2011

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanda sürətlə gedən inkişaf prosesi və ölkənin yüksəlməkdə olan regional rolu barədə məlumat verib.

(more…)

AŞPA-da Avropa Xalq Partiyasının üzvləri Bakıdakı erməni kilsəsində olublar

APA – 21.07.2011

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyasının Azərbaycanda səfərdə olan üzvləri Bakıdakı erməni kilsəsində olublar. APA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov bildirib. E. Süleymanov deyib ki, qonaqları ziyarət zamanı o özü və Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri müşayiət edib.

 

AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının üzvləri “Təzəpir” məscidində olublar

APA  – 21.07.2011

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının prezidenti Lukas Volontenin rəhbərlik etdiyi nümayəndə heyəti “Təzəpir” məscidində olub. APA-nın xəbərinə görə, qonaqlara 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsinin hazırlanması və burada onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsinin əksini tapması barədə məlumat verilib.

(more…)

“Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair”

APA –  21. 07. 2011

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoq və ya Avropa dəyərlərinə dair” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə komitə sədri Hidayət Orucov, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Xalq Partiyası fraksiyasının rəhbəri və üzvləri, Azərbaycandakı dini icma rəhbərləri, deputatlar iştirak edib.

(more…)