AVCİYA-nın nəşr etdirdiyi “Bakı haqqında 20 etüd” kitab-albomu çapdan çıxmışdır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) yeni nəşri işıq üzü görmüşdür. “Bakı haqqında 20 etüd” adlanan bu kitab-albom  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilmişdir. Kitabın yaradıcı heyəti hər daşına bələd olduğumuz, hər gün küçələrini dolaşdığımız Bakını yeni rakursda – 20 etüddə təqdim edirlər. 

 

Kitab-albomun ideya müəllifi AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyətinin üzvü, AVRONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, buraxılışa məsul AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, yaradıcı qrupun rəhbəri Fuad Babayevdir.

 

Lakonik mətnlə və daha çox fotoların dili ilə təqdim edilən “Bakı haqqında 20 etüd” kitab-albomu geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Zəngin tarixi olan qədim Şamaxı şəhəri Azərbaycan dövlətçiliyinin, incəsənətinin və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin mühüm sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi tanınmışdır.

Şamaxı müxtəlif dövrlərdə təbii fəlakətlərə məruz qalsa da, öz iqtisadiyyatını və mədəniyyətini yenidən bərpa edə bilmişdir. Şəhərdə qorunub saxlanan arxeoloji abidələr və memarlıq nümunələri, həmçinin mədəni irsimizin dəyərli inciləri sırasına daxil olan qədim Cümə məscidi, Gülüstan qalası və Yeddi günbəz türbələr kompleksi mühəndis-memarlıq həllinin kamilliyi baxımından bu gün də iftixar hissi doğurur.

Azərbaycan elminə və mədəniyyətinə dəyərli simalar bəxş edən Şamaxı Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Abbas Səhhət kimi görkəmli söz ustaları yetirmişdir.

(more…)

AVRONEST Parlament Assambleyasının ilk sessiyasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında gərginlik yaranıb

“Sentyabrın 14-15-də Strasburqda AVRONEST Parlament Assambleyasının ilk sessiyası keçirilib. Sessiyanın ikinci günü müzakirələr kifayət qədər gərgin oldu”.

Bu açıqlamanı APA-ya hazırda Strasburqda olan Milli Məclisin deputatı, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov verib. O, müzakirələrin dramatik keçdiyini söyləyib: “Sentyabrın 15-də plenar iclas zamanı ötən gün siyasi məsələlər üzrə komitənin iclasında qəbul olunmuş yekun sənədə düzəliş təklifləri müzakirə olundu və səsə qoyuldu. Düzəliş təkliflərində bizim üçün mühüm əhəmiyyət kəsb edən məqamlar var idi. Biz ilkin qəbul olunmuş sənəddə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsiplərin yer almasına nail olduq. Ermənipərəst deputatlar isə həmin müddəanın tamamilə silinməsini təklif edirdilər. Biz bu təkliflə razılaşmadıq və mətnin əvvəlki redaksiyada qalmasını tələb etdik. Səsə qoyulduqdan sonra biz bu müddəanın ötən gün qəbul olunmuş variantının saxlanılmasına nail olduq.

(more…)

Elxan Süleymanov: “AVRONEST Parlament Assambleyasının növbəti sessiyası Azərbaycanda keçiriləcək”

 AVRONEST Parlament Assambleyasının Bürosu bununla bağlı müvafiq qərar qəbul edib

 Dünən Strasburqda AVRONEST Parlament Assambleyasının ilk sessiyası işə başlayıb. Sessiyanın ilk günündə AVRONEST PA Bürosunun və komitələrinin iclasları keçirilib. İclaslarda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar barədə suallarımızı millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin sədri Elxan Süleymanov cavablandırır.

– Büro iclasında müzakirə edilən məsələlərlə bağlı məlumat verməyinizi xahiş edirik.

– Əvvəlcədən bildirdiyimiz kimi, Büro iclasının gündəliyində AVRONEST PA-nın 2012-ci ilin may ayında Şərq Tərəfdaşlığı ölkələrində keçirilməsi ilə bağlı Azərbaycanın təklifi müzakirə ediləcək. Azərbaycan tərəfi Prosedura Qaydalarının 7-ci maddəsinə uyğun olaraq, AVRONEST PA-nın növbəti sessiyasının Bakıda keçirilməsi təklifi ilə çıxış etmişdi. Lakin Büronun 21 iyun 2011-ci il tarixli iclasında AVRONEST PA-nın növbəti plenar iclasının 2012-ci ilin may ayında Bakıda keçirilməsi təklifi ilə bağlı səsvermə zamanı Azərbaycan, Ukrayna, Gürcüstan və AVRONEST PA-nın Avropa Parlamenti tərəfindən həmprezidenti Xristian Vigenin PA-nın plenar iclasının Azərbaycanda keçirilməsini dəstəkləsələr də, Ermənistan, Büronun üzvləri olan polşalı deputat Saryuj-Volski və rumıniyalı deputat Trayan Unqreanu əleyhinə səs vermişdilər, Moldova isə bitərəf qalmışdı. Bunun nəticəsində 2/3 səs çoxluğu qazanılmadı.

(more…)

Avronest PA-nın ilk iclası başlayıb

Sentyabrın 14-də Strasburqda Avronest Parlament Assambleyasının (PA) ilk sessiyası başlayıb. APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, sessiyada Milli Məclisin Assambleyadakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Məlahət İbrahimqızı, Rasim Musabəyov, Fərəc Quliyev, Sevinc Hüseynova, Rövşən Rzayev, Azər Kərimli, Fuad Muradov və Asim Mollazadə iştirak edirlər.

(more…)

Şamaxının millət vəkili “Şöhrət” ordeni ilə təltif olundu

 

E.S.Süleymanovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

Azərbaycan Respublikasının Prezidentinin

Sərəncamı

         Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

         Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elxan Sirac oğlu Süleymanov “Şöhrət” ordeni ilə təltif edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 sentyabr 2011-ci il

(more…)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şamaxı rayonunda səfərdə olmuşdur – 14.09.2011

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 13-də Şamaxı rayonunda səfərdə olmuşdur.
Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

(more…)

Azərbaycan nümayəndə heyəti AVRONEST PA-nın sessiyasında tam tərkibdə iştirak edəcək – 09.09.2011

14-15 sentyabrda  Strasburqda AVRONEST Parlament Assambleyasının ilk sessiyası keçiriləcək. Şamaxının millət vəkili, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başçılığı ilə 10 nəfərlik Azərbaycan nümayəndə heyəti artıq bazar ertəsi, sentyabrın 12-də  Strasburqa yollanacaq.

 

Elxan Süleymanovdan aldığımız məlumata görə sessiya zamanı 29-30 sentyabr tarixində Varşavada keçiriləcək Şərq Tərəfdaşlığı Sammiti ilə bağlı tövsiyyələrin müzakirə edilməsi və müvafiq qərarın qəbul edilməsi planlaşdırılır. Bu məqsədlə Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya Komitəsi tərəfindən  “2011-ci il Şərqi Tərəfdaşlıq Sammitinə tövsiyələr: məqsədyönlü fəaliyyət üçün yüksək gözləntilər”ə dair ilkin məruzə hazırlanaraq rəy və təkliflər üçün AVRONEST PA komitələrinə  göndərilmişdir. AVRONEST PA-nın Siyasi Məsələlər, İnsan Hüquqları və Demokratiya, İqtisadi İnteqrasiya və Aİ Siyasətləri ilə Uyğunluq, Enerji Təhlükəsizliyi, Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti komitələri tərəfindən məruzə ilə bağlı ilkin rəylər hazırlanmışdır.

(more…)

Saytımızda yeni bölüm fəaliyyətə başlayır – 09.09.2011

Əziz oxucular! 

Bu gündən etibarən, saytımızda yeni bölüm fəaliyyətə başlayır. “Şamaxı Azərbaycan ədəbiyyatında” adlı bu bölümdə Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri haqqında oxucularımızı geniş məlumatlandıracağıq. Bu qəbildən Seyid Əzim Şirvaniyə həsr olunmuş ilk məqaləni akademik Bəkir Nəbiyev xüsusi olaraq saytımız üçün yazmışdır.

AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Azərbaycana gəlib

AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides və komitənin üzvü xanım Elza Papadimitrio Azərbaycanın EURONEST Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, AŞPA üzvü Elxan Süleymanovun dəvəti ilə Azərbaycana gəliblər. APA-nın məlumatına görə, qonaqlar bu gün istintaq təcridxanası və cəzaçəkmə müəssisələrinə baş çəkəcək, ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov və ədliyyə naziri yanında İctimai Komitənin üzvləri ilə görüşəcəklər.

(more…)