Bakıda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbiri başa çatmışdır
Bakıda, “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük beynəlxalq bayram tədbiri sentyabrın 24-də başa çatmışdır. AzərTAc xəbər verir ki, tədbirin ikinci günü də maraqlı çıxışlar və müzakirələrlə yadda qalmışdır.
Xarici işlər nazirinin müavini Araz Əzimov çıxış edərək bildirmişdir ki, müstəqilliyini yenidən əldə etdiyi iyirmi il ərzində Azərbaycan çətin sınaqlardan keçmişdir. Bu gün Azərbaycan özünün çiçəklənmə dövrünü yaşayır və ölkəmiz gələcəkdə daha da inkişaf edəcəkdir.
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Estoniya Respublikasının sabiq Prezidenti Arnold Ruuteli qəbul etmişdir. Sabiq Prezident Arnold Ruutel Azərbaycan ilə Estoniya arasında uzun müddət yaxşı əlaqələrin olduğunu vurğuladı. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan qonaq bunun ölkələrimiz arasında münasibətlərin gələcək inkişafı baxımından önəmini qeyd etdi.
Şamaxının millət vəkili Elxan Süleymanovun nitqi
Xanımlar və cənablar,
Çox-çox uzaqlardan gəlmiş dəyərli qonaqlar!
«Azərbaycan neytral təhlükəsizlik siyasəti yürüdür»
Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə hökumət, parlament nümayəndələri ilə yanaşı bir sıra beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edib. Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkəmizin son illərdə keçdiyi yoldan danışıb. Onun sözlərinə görə, aparılan siyasət nəticəsində Xəzər regionu XXI əsrdə dünyanın ən əhəmiyyətli bölgəsinə çevrilib: «Azərbaycanın təsdiq olunmuş neft ehtiyatı 14 milyard, ehtimal olunan neft ehtiyatı isə 20-24 milyard barel təşkil edir». O, ölkənin təsdiq olunmuş qaz ehtiyatının 2,55 trilyon kubmetr, ehtimal olunan qaz ehtiyatının isə bundan 4 dəfə artıq olduğunu deyib: “Azərbaycan azı yüz il indiki templə qaz çıxara bilər”.
“Qarabağ münaqişəsi region üçün ciddi təhlükə mənbəyidir
Azərbaycan növbəti dəfə Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə Avropada geniş yayılan və uğurla tətbiq edilən muxtariyyət nümunələri əsasında bölgədə yaşayan ermənilərə analoji status verməyə hazır olduğunu bəyan edib.
Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək niyyətində olmaması və sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirməkdə davam etməsi Azərbaycanı müntəzəm olaraq beynəlxalq səviyyədə problemin həllinə diqqəti cəlb etməyə məcbur edir. Bunu Prezident İlham Əliyevin Azərbaycanda Vətənədaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş beynəlxalq tədbirdəki çıxışı zamanı dedikləri də sübut edir. Dünyanın 58 ölkəsindən, o cümlədən nüfuzlu beynəlxalq təşkilatlardan gələn yüksək səviyyəli nümayəndələrin də iştirak etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin bərpa edildiyi 20 il ərzində ölkəmizin keçdiyi böyük inkişaf yolundan danışıb.
İlham Əliyev AVCİYA-nın tədbirində iştirak edir
Bu gün “Gülüstan” sarayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri işə başlayıb. AzərTac-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq tədbirin açılış mərasimində iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edib. Beynəlxalq tədbir işini davam etdirir.
Prezident İlham Əliyev: «Başlıca məqsədimiz müasir dövlətin yaradılmasıdır»
Azərbaycan mühüm iqtisadi layihələrin təşəbbüskarıdır (more…)
İlham Əliyev: “Azərbaycanda işsizlik problemi həllini tapıb, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalıb”
“Azərbaycan iqtisadiyyatı inkişaf etdirilməkdədir. Ölkə ümumi daxili məhsulun inkişafında ən yüksək göstəricilərə nail olub. İşsizlik problemi həllini tapıb, son yeddi il ərzində yoxsulluq 5 dəfə azalıb”. APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında deyib. (more…)
“Dağlıq Qarabağ münaqişəsi bütün regiona təhlükədir”
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev ölkənin ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyib. Prezident bildirib ki, bu problem təkcə Azərbaycana deyil, bütün regiona təhlükədir. Dövlət başçısı bunun nəticəsində Azərbaycanın Ermənistan tərəfindən etnik təmizləməyə məruz qaldığını, ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bildirib: “Təəssüflər olsun ki, vəziyyət hələ də dəyişməyib. (more…)