Elxan Süleymanov: “Azərbaycan beynəlxalq-hüquqi təbiəti və meyarları məlum olmayan “siyasi məhbus” anlayışının tətbiq edilməsi üçün poliqon deyil”

Azərbaycan beynəlxalq-hüquqi təbiəti və meyarları məlum olmayan “siyasi məhbus” anlayışının tətbiq edilməsi üçün poliqon deyil. Bunu cümə günü Trend-ə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov deyib.

Oktyabrın 7-8-də bir sıra internet saytlarının yaydığı məlumatlara əsasən, “İnsan Haqları Uğrunda” İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev və Norveç XİN-in Avrasiya və Regional Əməkdaşlıq Departamentinin rəhbəri Marit Halsvik Lillealtern imzalayıblar.

(more…)

Elxan Süleymanov: “Azərbaycan poliqon deyil…”

Oktyabrın əvvəlində bir sıra internet saytlarının yaydığı məlumatlara əsasən, “İnsan Haqları Uğrunda” İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev və Norveç XİN-in Avrasiya və Regional Əməkdaşlıq Departamentinin rəhbəri Marit Halsvik Lillealtern imzalayıblar.


Tərəflər arasında imzalanmış sazişin mövzusu, bu sazişə Norveç XİN-nin departament rəhbəri səviyyəsində rəsmi imza atılması ciddi narahatlıq doğurur. Odur ki, aşağıda göstərilən bir sıra vacib məqamlara aydınlıq gətirilməsini zəruri hesab edirəm:
(more…)

В Бельгии возведут памятник М.А.Сабиру

Баку, 18 октября, SalamNews, Ш.Назарли. Депутат Милли Меджлиса Эльхан Сулейманов сообщил о достижении договоренности о возведении памятника видному поэту Мирзе Алекперу Сабиру в Бельгии в связи с его 150-летним юбилеем.

(more…)

Şamaxıda Bayram


Şamaxının millət vəkili 23 tələbə və şagirdə fərdi təqaüd verdi, 15 uşaq və yeniyetməni mükafatlandırdı… 

24saat.az xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Şamaxı rayonunda tədbir keçirilib. Tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxınin millət vəkli Elxan Süleymanov çıxış edərək müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlardan, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin möhkəmlənməsi və dövlət quruculuğu sahəsində görülən işlərdən danışıb. 
Millət vəkilinin Şamaxı şəhərindəki qərargahından verilən məlumata görə, rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirdə Elxan Süleymanov tələbə və şagirdlərə fərdi təqaüdünü, pul mükafatı və qiymətli hədiyyələr verib, təhsilin inkişafına dəstək məqsədilə xeyriyyə tədbirlərini bundan sonra da davam etdirəcəyini bildirib. O, tədbirdə bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış 6 şamaxılı gəncin hər birinə 100 manat təqaüd verib və onlara təhsil aldıqları 4 il ərzində hər ay 100 manat təqaüd ödəyəcəyini bildirib.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov:“Mən seçicilərim qarşısında öhdəlik götürmüşəm”


Ötən həftənin şənbə günü Şamaxının millət vəkili Elxan Süleymanov müstəqilliyimizin 20 illiyi ilə əlaqədar adıçəkilən rayonda 18 oktyabrda dünyaya gəlmiş şəxslərlə və digər seçiciləri ilə görüş keçirib. Görüşdə müstəqillik günü ilə əlaqədar 18 oktyabr tarixində Şamaxıda doğulmuş 16 nəfərə millət vəkili tərəfindən müxtəlif hədiyyələr və pul mükafatları verilib. Deputat həmçinin Almaniya universitetlərindən birinə qəbul olan şamaxılı Cəlal Kərimova 1000 avro məbləğində pul mükafatı verib. E.Süleymanov artıq C.Kərimovu Almaniyada işə düzəltdiyini, onun hər ay 1000 avro maaş alacağını bildirib. Bununla yanaşı görüşdə millət vəkili hər ay təqaüd verdiyi 16 nəfəri və bu il yüksək ballarla ali təhsil müəssisələrinə daxil olmuş daha 6 şamaxılı gənci pul mükafatları ilə sevindirib. Onlara oxuduqları 4 il ərzində hər birinə hər ay 100 manat təqaüd ayıracağını vəd edib. Mərasimdə seçicilər tərəfindən Şamaxının deputatına ünvanlanmış bir sıra problemlər dərhal həll edilib. Daha sonra E.Süleymanov bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.

(more…)

Belçikada Mirzə Ələkbər Sabirə heykəl ucaldılacaq

 Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxı rayonundan Milli Məclisə deputat seçilmiş Elxan Süleymanov  çıxış edərək müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlardan, Heydər Əliyev və prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin möhkəmlənməsi və  dövlət quruculuğu sahəsində görülən işlərdən danışıb.  (more…)

MÜSTƏQİLLİYİMİZİN 20-ci İLDÖNÜMÜ ƏRƏFƏSİNDƏ BAYRAM TƏDBİRİ

Şamaxının millət vəkilinin qərargahında növbəti yaddaqalan tədbir keçirilib. Bu dəfə Elxan Süleymanov 1991-ci ildən etibarən müxtəlif illərdə 18 oktyabr tarixində anadan olan gənc şamaxılıları təbrik edib. 18 oktyabr 1991- ci ildə anadan olmuş Nərmin Əliyevaya və Aysun Axundovaya xatirə hədiyyələri, digər gənclərə isə pul mükafatları verən millət vəkili Almaniyanın Flensburq Universitetində təhsil alacaq Şamaxı sakini Cəlal Kərimova mükafatı təqdim edib,  onun 2011-2013-cü illər ərzində, təhsildən ayrılmamaq şərtilə işlə təmin ediləcəyini vurğulayıb.

(more…)

Elxan Süleymanov: AŞPA-nın İnsan haqları komitəsi siyasi məhbus problemini bütün Avropa ölkələrində araşdıracaq

 
Bu gün Strasburqda AŞPA-nın İnsan haqları komitəsində siyasi məhbus meyarlarının müəyyənləşdirilməsi və məruzələrin bölünməsi məsələsinə baxılıb. Bu barədə APA-ya AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov məlumat verib. E. Süleymanov bildirib ki, iclasda ciddi müzakirələr olub. AŞPA-nın Hüquq məsələləri və insan haqları komitəsinin sədri Kristos Pirqurides Azərbaycana son səfəri barədə məlumat verib. K. Pirqurides bildirib ki, Azərbaycan hökuməti məruzəçilərlə əməkdaşlıq etməyə, onlara şərait yaratmağa hazırdır. Lakin Azərbaycan hökuməti çox təəccüb və təəssüf hissi ilə qeyd edir ki, nə üçün siyasi məhbus problemi ilə bağlı 47 üzv ölkədən yalnız Azərbaycan seçilir. Ona görə də «Azərbaycanda siyasi məhbus məsələsinin araşdırılması» adlı məsələnin «AŞ üzv dövlətlərdə siyasi məhbus probleminin araşdırılması» adlandırılması məqsədəmüvafiq sayılır.

(more…)

SEÇİCİLƏRƏ HÜQUQİ YARDIM

3 oktyabr 2011-ci ildə Şamaxının millət vəkili Elxan Süleymanovun rayon mərkəzində yerləşən qərargahında hüquqşünasların yerli sakinlərlə növbəti görüşü baş tutdu. Görüşdə təqribən 20 vətəndaşın ərizə və şikayətlərinə baxıldı. Bəzi vətəndaşlara yerində hüquqi yardım göstərildi. Bir sıra məsələrlə bağlı isə aidiyyəti orqanlara deputat sorğusu ilə müraciət etmək qərarı verildi.

(more…)

DAHA BIR XEYRIYYƏ TƏDBİRİ


Bir neçə gün bundan əvvəl Məlhəm kəndində yaşayan Mahmudovlar ailəsi Şamaxının millət vəkili Elxan Süleymanova ərizə ilə müraciət edərək maddi durumun pisliyi ucbatından 5-ci şagirdi Ruslan Mahmudovun və 6-cı sinifdə təhsil alan Təbriz Mahmudovun məktəbli formalarının olmadığını bildirmişdi. Dünən, E.Süleymanovun Şamaxıdakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayev millət vəkilinin tapşırığı ilə Ruslanla Təbrizə məktəbli formalarını təqdim edib.
Bir neçə gün bundan əvvəl Məlhəm kəndində yaşayan Mahmudovlar ailəsi Şamaxının millət vəkili Elxan Süleymanova ərizə ilə müraciət edərək maddi durumun pisliyi ucbatından 5-ci şagirdi Ruslan Mahmudovun və 6-cı sinifdə təhsil alan Təbriz Mahmudovun məktəbli formalarının olmadığını bildirmişdi. Dünən, E.Süleymanovun Şamaxıdakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayev millət vəkilinin tapşırığı ilə Ruslanla Təbrizə məktəbli formalarını təqdim edib.Bir neçə gün bundan əvvəl Məlhəm kəndində yaşayan Mahmudovlar ailəsi Şamaxının millət vəkili Elxan Süleymanova ərizə ilə müraciət edərək maddi durumun pisliyi ucbatından 5-ci şagirdi Ruslan Mahmudovun və 6-cı sinifdə təhsil alan Təbriz Mahmudovun məktəbli formalarının olmadığını bildirmişdi. Dünən, E.Süleymanovun Şamaxıdakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayev millət vəkilinin tapşırığı ilə Ruslanla Təbrizə məktəbli formalarını təqdim edib.