Azərbaycan deputatları Belçika xarici işlər nazirinə müraciət ediblər

 Millət vəkilləri bu ölkədə fəaliyyət göstərən şirkətin saytında Azərbaycana qarşı təxribat xarakterli məlumatın yerləşdirilməsinə etiraz edirlər

 

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan-Belçika Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Elxan Süleymanov və Azərbaycan-Belçika Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Azər Kərimli Belçikanın “Betravel” şirkətinin 2012-ci ildə Dağlıq Qarabağa səyahətin təklif edilməsinə dair məlumat yayması ilə bağlı Belçika Krallığının xarici işlər naziri Steven Vanackere, Belçika Krallığının Azərbaycandakı səfiri Lük Truyens, Belçika-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Filip Blanşar və “Betravel” kompaniyasının rəhbərinə müraciət edib.

 

APA-nın məlumatına görə, müraciətdə deyilir: “Bu günlərdə Belçika Krallığında fəaliyyət göstərən “Betravel” kompaniyasının rəsmi internet saytında (http://www.betravel.be/optimum-travel.html) təxribat xarakterli məlumat yerləşdirilib.

(more…)

AŞPA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycandan olan üzvləri Kristof Ştrasserlə bağlı Komitədə təmsil olunan həmkarlarına müraciət ediblər

Ştrasserin məruzəçi mandatından istefa verməsi düzgün olardı”

Bakı – APA. AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin Azərbaycandan olan üzvləri Elxan Süleymanov, Rəfael Hüseynov və Fazil Mustafa Komitədə təmsil olunan həmkarlarına müraciət ediblər. APA-nın məlumatına görə, müraciətdə deyilir: “AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin siyasi məhbuslar üzrə məruzəçisi, cənab Kristof Ştrasserin “Azadlıq” qəzetinin 28-29 oktyabr 2011-ci il tarixli saylarında “Ştrasser hakimiyyəti sanksiyalarla hədələdi” başlığı altında müsahibəsi çap edilib. Müsahibədə tək Azərbaycan hakimiyyətinə qarşı deyil, eyni zamanda AŞPA-nın və Hüquq Məsələləri və İnsan hüquqları Komitəsinin üzvlərinə, eləcə də Almaniya Bundestaqının üzvlərinə qarşı ciddi ittihamlar irəli sürülüb.

(more…)

Qafqaz Universitetində Heydər Əliyev haqqında kitabın təqdimatı olub

Qafqaz Universitetində “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” (türk dilində) kitabının təqdimatı olub. Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri mərasimdə universitetin rektoru, professor Əhməd Saniç ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. Bildirib ki, ümummilli lider haqqında nə qədər kitablar, elmi əsərlər yazılsa da, bu dahi şəxsiyyətin fəaliyyətinin araşdırılması üçün kifayət etmir,.Rektor H.Əliyevin Azərbaycanın müstəqil dövlət quruculuğu yolunda atdığı addımlardan da söz açıb.

(more…)

“Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub

Bakı-APA. Qafqaz Universitetinin akt zalında Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri – “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimi olub. APA-nın xəbərinə görə, “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə Respublikası tərəfindən tanınmasının 20 illiyinə həsr edilib. Kitabın türk dilində tam versiyası, ingilis dilində isə bütün sənədlərin qısa məzmunu təqdim olunub.
Kitab Mərkəzin türk dilində təqdim edilən ilk böyük layihəsidir.

(more…)

Şamaxının millət vəkili E.Süleymanovun “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasimində nitqi

Xanımlar və cənabar!

Hörmətli tədbir iştirakçıları!

Bu gün biz buraya Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin türk dilində nəşr etdirdiyi “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimat mərasiminə yığışmışıq.

Bildiyiniz kimi, Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birici katibi vəzifəsinə 1969-cu ilin iyul ayında seçilmişdir. O vaxt mənim 28 yaşım var idi. Bakının ən qocaman mədəniyyət saraylarından birinə rəhbərlik edirdim. Təvazökarlıqdan uzaq da olsa, təhsil aldığım və işlədiyim kollektivlərdə görkəmli ziyalıların təcrübəsindən bəhrələnib az-çox dərk etmək qabiliyyətinə malik idim və 1969-cu ildən indiyədək Heydər Əliyevin keçdiyi həyat yolu və əmək fəaliyyətini öyrənməyə cəhd göstərmişəm.

Bir neçə faktı sadalamaq istərdim. O, hakimiyyətə gələrkən Azərbaycan, xüsusilə də regionlar çox zəif iqtisadi inkişaf dövründə idi. Həyatımızın bütün sahələri çox zəif görünürdü. Təkcə bunu demək kifayətdir ki, 1969-cu ildə Azərbaycan 130-150 min ton üzüm, 250 min ton pambıq yetişdirib təhvil verirdi. Bir neçə ildən sonra bu rəqəm – üzüm təhvili 2 milyon tona, pambıq təhvili isə 1 milyon tona çatdırıldı. Qabaqcıl kolxozçuların aylıq əmək haqları 300-350 manatadək çatırdı. Təsəvvür edin ki, o vaxtkı dolların kursu ilə bu 1750 manat demək idi. Dağlıq regionlarda 5-10 evi olan kəndlər də qaz, işıq və su ilə təmin olunmuşdu. Bütün kəndlərimizdə klublar, kitabxanalar, feldşer və mama məntəqələri fəaliyyət göstərirdi. Heydər Əliyev Brejnevdən, SSR-nin büdcəsindən Azərbaycanın kənd təsərrüfatının inkişafı üçün faizsiz aldığı dotasiya hesabına bütün kənd və rayonları ən yüksək səviyyəyə qaldırmışdı. Son illərin şahidi isə siz özünüz olmusunuz. Müstəqillik dövründə hakimiyyətə gəldikdən sonra hər şeyi dağıdılmış ölkəmizdə qısa müddətdə bütün sahləri bərpa etdi. Heydər Əliyev müstəqilliyimizin həm memarı, həm də inşaatçısı oldu. H. Əliyev çox vətənpərvər idi, xalqını çox sevirdi. Vaxtınızı çox almamaq üçün bir misal çəkmək istərdim.

(more…)

Qafqaz Universitetində “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” kitabının təqdimatı olmuşdur

Bakı, 11 noyabr (AzərTAc). Qafqaz Universitetində “Heydər Əliyev: Azərbaycanın dövlət müstəqilliyi əbədidir” (türk dilində) kitabının təqdimatı olmuşdur.AzərTAc xəbər verir ki, Milli Məclis deputatlarının, tanınmış alimlərin, təhsil işçilərinin, tələbələrin iştirak etdikləri mərasimdə universitetin rektoru, professor Əhməd Saniç ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini vurğulamışdır.

(more…)

Şamaxıda Qarabağ əlilinin yeni ailə həyatı qurmuş oğlu üçün tikilmiş evin açılışı olub

Bakı – APA. Şamaxı rayonunda Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin yeni ailə həyatı qurmuş oğlu Bəhlul Hacıyev üçün tikilmiş evin açılışı olub. APA-nın məlumatına görə, Qalaybuğurt kəndi ərazisində inşa olunan 4 otaqlı mənzilin tikilməsi millət vəkili Elxan Süleymanovun təşəbbüsü və şəxsi təşkilatçılığı ilə baş tutub.

(more…)

Millət vəkilinin təşəbbüsü ilə Qarabağ əlilinin ailəsi üçün ev tikilib

Həbibə/Azadİnform. Şamaxının Qaleyburt kəndində Qarabağ əlilinin ailəsi üçün tikilən fərdi yaşayış evinin açılışı olub. “Azadinform” xəbər verir ki, kənd sakini, ikinci qrup Qarabağ əlili Mərdan Hacıyevin oğlu Bilal Hacıyevin ailəsi üçün mənzil Şamaxının deputatı Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa edilib.

(more…)

Şamaxıda Qarabağ əlilinin oğlu üçün tikilmiş evin açılışı olub

Azərbaycan, Bakı, 5 noyabr / Trend müxbir M.Əliyev/

Şamaxı rayonunda şənbə günü Qarabağ əlilinin yeni ailə həyatı qurmuş oğlu üçün tikilmiş evin açılışı olub.

Trend-in məlumatına görə, rayonun Qalaybuğurt kəndi ərazisində Qarabağ əlili Mərdan Hacıyevin oğlu Bəhlulun ailəsi üçün inşa olunan mənzil Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və şəxsi təşkilatçılığı ilə tikilib.

(more…)

Millət vəkili Norveçin Azərbaycandakı səfirinə açıq məktub yazıb


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-da Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Norveç Krallığının Azərbaycanda fövqəladə və səlahiyyəti səfiri Erlinq Şönsberqə açıq məktub yazıb.

APA-nın məlumatına görə, məktubda deyilir: “Bu günlərdə bəzi saytlarda ölkənizin Azərbaycandakı səfirliyi vasitəsilə cari ilin 4 noyabrında Bakıda siyasi tədbir təşkil etdiyini və yaxud ən azı bu tədbiri fəal surətdə dəstəklədiyi haqqında məlumatlar yayımlandı. Bu xəbərlər şəxsən məndə dərin təəssüf hissi oyadıb. Həmin gün “İnsan Hüquqları uğrunda” adlı QHT “BMT və AŞ meyarları əsasında siyasi məhbusların müəyyənləşdirilməsi və azad edilməsinə müraciət” məsələsinə dair konfrans təşkil edəcək. İki ildən artıqdır ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti AŞPA çərçivəsində həmin meyarlarla bağlı açıq və şəffaf müzakirəyə başlamaq üçün (təəssüf ki, uğursuz olaraq) müraciətlər edir. Bəzi QHT-lər Azərbaycanın bir sıra müxalifət partiyaları ilə birgə bütün vasitələrlə bu müzakirələrin baş tutmaması üçün çalışır, bu açıq müzakirənin aparılmaması məqsədilə xarici ölkələr və onların səfirlərinə dəstək üçün müraciət edirlər.

(more…)