Cari bölmə: Xəbərlər

Şamaxıda Qarabağ əlilinin yeni ailə həyatı qurmuş oğlu üçün tikilmiş evin açılışı olub

Bakı – APA. Şamaxı rayonunda Qarabağ müharibəsi əlili Mərdan Hacıyevin yeni ailə həyatı qurmuş oğlu Bəhlul Hacıyev üçün tikilmiş evin açılışı olub. APA-nın məlumatına görə, Qalaybuğurt kəndi ərazisində inşa olunan 4 otaqlı mənzilin tikilməsi millət vəkili Elxan Süleymanovun təşəbbüsü və şəxsi təşkilatçılığı ilə baş tutub.

(more…)

Millət vəkilinin təşəbbüsü ilə Qarabağ əlilinin ailəsi üçün ev tikilib

Həbibə/Azadİnform. Şamaxının Qaleyburt kəndində Qarabağ əlilinin ailəsi üçün tikilən fərdi yaşayış evinin açılışı olub. “Azadinform” xəbər verir ki, kənd sakini, ikinci qrup Qarabağ əlili Mərdan Hacıyevin oğlu Bilal Hacıyevin ailəsi üçün mənzil Şamaxının deputatı Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə inşa edilib.

(more…)

Şamaxıda Qarabağ əlilinin oğlu üçün tikilmiş evin açılışı olub

Azərbaycan, Bakı, 5 noyabr / Trend müxbir M.Əliyev/

Şamaxı rayonunda şənbə günü Qarabağ əlilinin yeni ailə həyatı qurmuş oğlu üçün tikilmiş evin açılışı olub.

Trend-in məlumatına görə, rayonun Qalaybuğurt kəndi ərazisində Qarabağ əlili Mərdan Hacıyevin oğlu Bəhlulun ailəsi üçün inşa olunan mənzil Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və şəxsi təşkilatçılığı ilə tikilib.

(more…)

Millət vəkili Norveçin Azərbaycandakı səfirinə açıq məktub yazıb


Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-da Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin üzvü, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Norveç Krallığının Azərbaycanda fövqəladə və səlahiyyəti səfiri Erlinq Şönsberqə açıq məktub yazıb.

APA-nın məlumatına görə, məktubda deyilir: “Bu günlərdə bəzi saytlarda ölkənizin Azərbaycandakı səfirliyi vasitəsilə cari ilin 4 noyabrında Bakıda siyasi tədbir təşkil etdiyini və yaxud ən azı bu tədbiri fəal surətdə dəstəklədiyi haqqında məlumatlar yayımlandı. Bu xəbərlər şəxsən məndə dərin təəssüf hissi oyadıb. Həmin gün “İnsan Hüquqları uğrunda” adlı QHT “BMT və AŞ meyarları əsasında siyasi məhbusların müəyyənləşdirilməsi və azad edilməsinə müraciət” məsələsinə dair konfrans təşkil edəcək. İki ildən artıqdır ki, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyəti AŞPA çərçivəsində həmin meyarlarla bağlı açıq və şəffaf müzakirəyə başlamaq üçün (təəssüf ki, uğursuz olaraq) müraciətlər edir. Bəzi QHT-lər Azərbaycanın bir sıra müxalifət partiyaları ilə birgə bütün vasitələrlə bu müzakirələrin baş tutmaması üçün çalışır, bu açıq müzakirənin aparılmaması məqsədilə xarici ölkələr və onların səfirlərinə dəstək üçün müraciət edirlər.

(more…)

Elxan Süleymanov: “Azərbaycan beynəlxalq-hüquqi təbiəti və meyarları məlum olmayan “siyasi məhbus” anlayışının tətbiq edilməsi üçün poliqon deyil”

Azərbaycan beynəlxalq-hüquqi təbiəti və meyarları məlum olmayan “siyasi məhbus” anlayışının tətbiq edilməsi üçün poliqon deyil. Bunu cümə günü Trend-ə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov deyib.

Oktyabrın 7-8-də bir sıra internet saytlarının yaydığı məlumatlara əsasən, “İnsan Haqları Uğrunda” İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev və Norveç XİN-in Avrasiya və Regional Əməkdaşlıq Departamentinin rəhbəri Marit Halsvik Lillealtern imzalayıblar.

(more…)

Elxan Süleymanov: “Azərbaycan poliqon deyil…”

Oktyabrın əvvəlində bir sıra internet saytlarının yaydığı məlumatlara əsasən, “İnsan Haqları Uğrunda” İctimai Birliyi ilə Norveçin Xarici İşlər Nazirliyi arasında “Azərbaycanda siyasi məhbusların Avropa Şurası və BMT-nin meyarları əsasında müəyyən olunaraq seçilməsi və onlar haqqında məlumat bazasının yaradılması” layihəsinin həyata keçirilməsinə dair saziş imzalanıb. Sazişi “İnsan Haqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev və Norveç XİN-in Avrasiya və Regional Əməkdaşlıq Departamentinin rəhbəri Marit Halsvik Lillealtern imzalayıblar.


Tərəflər arasında imzalanmış sazişin mövzusu, bu sazişə Norveç XİN-nin departament rəhbəri səviyyəsində rəsmi imza atılması ciddi narahatlıq doğurur. Odur ki, aşağıda göstərilən bir sıra vacib məqamlara aydınlıq gətirilməsini zəruri hesab edirəm:
(more…)

В Бельгии возведут памятник М.А.Сабиру

Баку, 18 октября, SalamNews, Ш.Назарли. Депутат Милли Меджлиса Эльхан Сулейманов сообщил о достижении договоренности о возведении памятника видному поэту Мирзе Алекперу Сабиру в Бельгии в связи с его 150-летним юбилеем.

(more…)

Şamaxıda Bayram


Şamaxının millət vəkili 23 tələbə və şagirdə fərdi təqaüd verdi, 15 uşaq və yeniyetməni mükafatlandırdı… 

24saat.az xəbər verir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Şamaxı rayonunda tədbir keçirilib. Tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxınin millət vəkli Elxan Süleymanov çıxış edərək müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlardan, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin möhkəmlənməsi və dövlət quruculuğu sahəsində görülən işlərdən danışıb. 
Millət vəkilinin Şamaxı şəhərindəki qərargahından verilən məlumata görə, rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirdə Elxan Süleymanov tələbə və şagirdlərə fərdi təqaüdünü, pul mükafatı və qiymətli hədiyyələr verib, təhsilin inkişafına dəstək məqsədilə xeyriyyə tədbirlərini bundan sonra da davam etdirəcəyini bildirib. O, tədbirdə bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış 6 şamaxılı gəncin hər birinə 100 manat təqaüd verib və onlara təhsil aldıqları 4 il ərzində hər ay 100 manat təqaüd ödəyəcəyini bildirib.

(more…)

Şamaxının millət vəkili Elxan Süleymanov:“Mən seçicilərim qarşısında öhdəlik götürmüşəm”


Ötən həftənin şənbə günü Şamaxının millət vəkili Elxan Süleymanov müstəqilliyimizin 20 illiyi ilə əlaqədar adıçəkilən rayonda 18 oktyabrda dünyaya gəlmiş şəxslərlə və digər seçiciləri ilə görüş keçirib. Görüşdə müstəqillik günü ilə əlaqədar 18 oktyabr tarixində Şamaxıda doğulmuş 16 nəfərə millət vəkili tərəfindən müxtəlif hədiyyələr və pul mükafatları verilib. Deputat həmçinin Almaniya universitetlərindən birinə qəbul olan şamaxılı Cəlal Kərimova 1000 avro məbləğində pul mükafatı verib. E.Süleymanov artıq C.Kərimovu Almaniyada işə düzəltdiyini, onun hər ay 1000 avro maaş alacağını bildirib. Bununla yanaşı görüşdə millət vəkili hər ay təqaüd verdiyi 16 nəfəri və bu il yüksək ballarla ali təhsil müəssisələrinə daxil olmuş daha 6 şamaxılı gənci pul mükafatları ilə sevindirib. Onlara oxuduqları 4 il ərzində hər birinə hər ay 100 manat təqaüd ayıracağını vəd edib. Mərasimdə seçicilər tərəfindən Şamaxının deputatına ünvanlanmış bir sıra problemlər dərhal həll edilib. Daha sonra E.Süleymanov bu və digər məsələlərlə bağlı suallarımızı cavablandırıb.

(more…)

Belçikada Mirzə Ələkbər Sabirə heykəl ucaldılacaq

 Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Şamaxı rayonunda tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə  Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxı rayonundan Milli Məclisə deputat seçilmiş Elxan Süleymanov  çıxış edərək müstəqillik illərində ölkəmizin əldə etdiyi uğurlardan, Heydər Əliyev və prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin möhkəmlənməsi və  dövlət quruculuğu sahəsində görülən işlərdən danışıb.  (more…)