Şamaxı rayonunda balacalara yeni il sovqatı təqdim olunub

  Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxının balaca sakinlərini yeni il hədiyyələri ilə sevindirib. SİA-nın xəbərinə görə, rayonun uşaq bağçalarında tərbiyə alan 1150-dək uşağa millət vəkilinin adından yeni il sovqatları təqdim olunub.

 

28 dekabr 2011-ci il tarixdə Şamaxı rayonunun Şəhriyar qəsəbəsindəki 1 saylı uşaq bağçasında millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, filologiya elmləri doktoru, professor Nadir Abdullayev, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, hüqüqşünas Arzuxan Əlizadə balacalar üçün təşkil olunan bayram tədbirində iştirak ediblər. Bağçada tərbiyə alan 110 uşağa bayram hədiyyələri verilib.

Şamaxı rayonunda balacalara yeni il sovqatı təqdim olunub

Ötən il olduğu kimi, bu il də Şamaxının millət vəkili Elxan Süleymanov Şamaxının balaca sakinlərini yeni il hədiyyələri ilə sevindirib. Rayonun uşaq bağçalarında tərbiyə alan 1150-dək uşağa millət vəkilinin adından yeni il sovqatları təqdim olunub. 28 dekabr 2011-ci il tarixdə Şamaxı rayonunun Şəhriyar qəsəbəsindəki 1 saylı uşaq bağçasında millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, filologiya elmləri doktoru, professor Nadir Abdullayev, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, hüqüqşünas Arzuxan Əlizadə balacalar üçün təşkil olunan bayram tədbirində iştirak ediblər. Bağçada tərbiyə alan 110 uşağa bayram hədiyyələri verilib.

Şəhriyar qəsəbəsində balacalara yeni il sovqatı təqdim olunub – 28.12.2011

(more…)

ŞAMAXININ MİLLƏT VƏKİLİNİN İLLİK HESABATI TƏQDİM EDİLİB

Millət vəkili Elxan Süleymanovun Şamaxıdakı qərargahında illik hesabatı təqdim edilib. Toplantıda millət vəkilinin səlahiyyətli nümayəndəsi Dəyanət Musayev, rayon icra hakimiyyəti başçısının müavini Sərdar Ömərov, filologiya elmləri doktoru, professor Nadir Abdullayev, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, hüqüqşünas Arzuxan Əlizadə çıxış edərək Şamaxının millət vəkilinin 2012-ci ildə gördüyü işlərdən söhbət açıblar.

Toplantı iştirakçılarına Elxan Süleymanovun millət vəkili kimi fəaliyyətinin bir ilinə həsr olunmuş “Şamaxının millət vəkili – birinci il” kitabı da təqdim edilib.

www.elkhan-suleymanov.az nəşri olan  kitaba Şamaxının millət vəkili Elxan Süleymanovun seçicilərlə görüşləri, müsahibələri, müraciət və çıxışları, ilboyu gərgin və məqsədyönlü fəaliyyətini əks etdirən materiallar daxil edilib.

(more…)

Şamaxının millət vəkilinin illik hesabat toplantısı – 28.12.2011


(more…)

Ən böyük amalım seçicilərə xidmət etməkdir – 22.12.2011

 Müsahibimiz millət vəkili, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Avronest Parlament Assambleyasının vitse-prezidenti Elxan Süleymanovdur.
– Elxan müəllim, Şamaxı rayonu sakinlərinin millət vəkili kimi fəaliyyətinizin birinci ili geridə qaldı. Bu bir ili necə xarakterizə edərdiniz? Seçiciləriniz üçün nə edə bildiniz?
– Millət vəkili kimi mən fəaliyyətimi əsasən iki istiqamətdə həyata keçirirəm. Bunlardan biri beynəlxalq əməkdaşlıq istiqamətində, digəri isə ölkənin ali qanunvericilik orqanında Şamaxı rayonu əhalisinin nümayəndəsi kimi onların layiqincə təmsil edilməsi, hüquqlarının qorunması və mövcud problemlərinin həllinə nail olunması istiqamətində fəaliyyətdir. Bütün seçicilərin hüquqlarını qorumaq, problemlərini öyrənmək, onları narahat edən məsələləri müvafiq icra strukturları qarşısında qabartmaq və bu məsələlərin həllinə nail olmaq mənim prioritet saydığım vəzifələrdəndir.
Ötən bir il ərzində ünvanıma yüzlərlə müxtəlif xarakterli seçici məktubları, ərizə və şikayətlər daxil olmuşdur. 2010-cu il noyabr ayının 30-dan 2011-ci il noyabrın 30-dək ümumilikdə 856 yazılı müraciət edilmişdir. Həmin müraciətlərdən 225-i sosial problemlər, 278-i iqtisadi problemlər, 353-ü isə maddi yardım istəyi də daxil olmaqla digər problemlərlə əlaqədar olmuşdur.
Təbii ki, seçicilər həm də şifahi müraciətlər etmişlər. Ötən müddətdə seçicilər mənə 452 şifahi müraciət etmişlər. Daxil olmuş bütün müraciətlər diqqətlə araşdırılmış və hər biri barədə müvafiq tədbirlər görülmüşdür. Belə ki, 169 ərizə ilə əlaqədar aidiyyəti üzrə müvafiq orqanlara sorğu ilə müraciət olunmuşdur ki, həmin müraciətlərin 15-i hazırda icra olunmaq ərəfəsindədir, qalan 154 müraciət isə aidiyyatı üzrə orqanlardadır və nəticəsi barədə hələlik cavab verilməmişdir.
Vətəndaşlar tərəfindən edilmiş 156 müraciət hüquq normaları ilə müəyyən edilməyən hallara dair olduğu səbəbindən əsassız sayılmış və bu barədə müraciət etmiş şəxslərə müvafiq izahat verilmişdir.

(more…)

2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair DÖVLƏT PROQRAMI

2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair

DÖVLƏT PROQRAMI

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

1. Ümumi əsaslar

1.1. Azərbaycanda üzümçülük və şərabçılığın inkişafının mövcud vəziyyəti

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla, əlavə dəyər yaradılması və iqtisadi səmərəlilik baxımından ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Bununla belə, üzümçülük kənd təsərrüfatı istehsalının ən çox kapital tələb edən sahəsidir.

Vaxtilə Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi sayəsində Azərbaycanda üzümçülük sürətlə inkişaf etmişdir. Onun 1969-cu ildə Azərbaycana rəhbərliyə başladığı zaman üzüm istehsalı 272 min ton olduğu halda, sonrakı dövrlərdə görülmüş tədbirlər nəticəsində bu rəqəm 2 milyon tonu ötmüşdür. Bu da, öz növbəsində, aqrar-sənaye kompleksinin inkişafına, kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.

(more…)

«2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında

«2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq, ölkədə üzümçülüyün inkişaf etdirilməsi, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılması, kənd əhalisinin maddi rifahının yüksəldilməsi məqsədi ilə qərara alıram:

1. “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

(more…)

Millət vəkili Elxan Süleymanov hesabat verib

Millət vəkili Elxan Süleymanov hesabat verib. “Azadinform” millət vəkilinin hesabatını təqdim edir. 

Seçici müraciətləri

Şamaxının millət vəkilinin ünvanına 1 il ərzində yüzlərlə müxtəlif xarakterli seçici məktubları, ərizə və şikayətlər  daxil olmuşdur. 2010-cu il noyabr ayının 30-dan 2011-ci il noyabrın 30-dək olan dövr ərzində ümumilikdə 856 yazılı müraciət edilmişdir. Həmin müraciətlərdən 225 müraciət sosial problemlər, 278 müraciət iqtisadi problemlər, 353 müraciət isə maddı yardım istəyi də daxil olmaqla digər problemlərlə əlaqədar olmuşdur.
Təbii ki, seçicilər həm də şifahi müraciətlər etmişlər. Yenə də hesabat dövrü olan 30 noyabr 2010 – 30 noyabr 2011-ci il ərzində 452 şifahi müraciət edilmişdir ki, öz növbəsində həmin müraciətlərin də 98-i sosial problemlər, 165 müraciət iqtisadi problemlər, 189 müraciət isə digər ptoblemlərlə əlaqədar edilmişdir.
Daxil olmuş bütün müraciətlər diqqətlə araşdırılmış və hər biri barədə müvafiq tədbirlər görülmüşdür. Belə ki, 169 ərizə ilə əlaqədar aidiyyəti üzrə müvafiq orqanlara sorğu ilə müraciət olunmuşdur ki, həmin müraciətlərin 15-i hazırda icra olunmaq ərəfəsindədir, qalan 164 müraciət isə aidiyyatı üzrə orqanlardadır və nəticəsi barədə hələlik cavab verilməyib.
Vətəndaşlar tərəfindən edilmiş 156 müraciət hüquq normaları ilə müəyyən edilməyən hallara dair olduğu səbəbindən əsassız sayılmış və bu barədə müraciət etmiş şəxslərə müvafiq izahat verilmişdir.
Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Milli Məclisdə 1 təklif verilmişdir.
Ötən dövr ərzində seçicilər tərəfindən edilmiş 22 müraciət müsbət həll olunmuşdur. Müsbət həllini tapmış problemlər aşağıdakılardır:

(more…)

Millət vəkili Elxan Süleymanov Almaniya Bundestaqının üzvlərinə müraciət edib

   Bakı-APA. Avropa Şurası Parlament Assambıleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları komitəsinin üzvü Elxan Süleymanov Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komitələrinin Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair qəbul etdikləri birgə bəyannamə ilə bağlı Almaniya Bundestaqının üzvlərinə müraciət edib.

 

APA-nın məlumatına görə, müraciətdə deyilir: “Almaniya Bundestaqının İnsan Hüquqları və Humanitar Yardım Komitəsinin Azərbaycandakı məsələlərə dair qəbul etdiyi bəyannamə bizi çox təəssüfləndirir. Belə ki, qəbul edilmiş birgə bəyannamədə Azərbaycanın Avropa Şurası qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi şübhə altına alınır və biz bu yanlış və səhv ittihamı ən güclü və aydın şərtlərdə təkzib edirik.

 

Azərbaycan bütün öhdəliklərə, eyni zamanda 2002-ci il İnsan Hüquqlarına dair Avropa Konvensiyasının öhdəliklərinə sadiqdir və Münsterdə, Almaniyadakı əyalətdə və ya başqa bir yerdə olmasından asılı olmayaraq, heç bir ölkədə, heç bir yerli siyasətçi ədalətsiz lobbiçiliyə, yanlış iddialara və ya deputat yoldaşlarının qərəzli mövqeyinə nail olmağa səy göstərməyə əsaslanan yerli və ya beynəlxalq auditoriya üçün demaqoq tipli çıxışlarla məşğul olmamalıdır.

(more…)